Icma.az
close
up
RU
Deputat: “Prezidentin müsahibəsi həm də mesajdır”

Deputat: “Prezidentin müsahibəsi həm də mesajdır”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu”. 

Bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik:

“Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar.

Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.

Beləliklə, Prezident İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırıb ki, Azərbaycanın atdığı addımların beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Ölkəmiz tarixi və ilahi ədaləti özü təkbaşına icra edərək, 30 ildir icra olunmayan BMT qətnamələrini həyata keçirdi.

Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb:

“30 ilə yaxın müddət ərzində torpaqlarımız Ermənistanın işğalı altında qaldı. Lakin həmin müddət ərzində beynəlxalq təşkilatlar və qüvvələr bu işğala göz yumdular. Hətta bəzilər Ermənistanın işğalını dəstəkləyən siyasət yürüdərək, bu işğalla barışmağımızı istədilər.

Buna baxmayaraq, Azərbaycan xalqı əsla təslim olmadı və torpaqlarını işğaldan azad edəcəyi günü gözlədi. Nəticədə, 27 sentyabr 2020-ci ildə Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusu Ermənistanı darmadağın etdi. Qəhrəman əsgərlərimiz cəmi 44 gün ərzində Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı”.

Millət vəkili qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalını davamlı etmək istəyirdilər:

“Lakin Azərbaycan Ordusu BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun addım ataraq torpaqlarını işğaldan azad etdi. Bununla da BMT-nin 30 ildir icra olunmayan 4 qətnaməsi icra olundu. 

Azərbaycan Ordusu beynəlxalq hüququ və tarixi ədaləti müharibə meydanında bərpa etdi. Bununla da Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarandı.

Onu da xüsusi vurğulamq lazımdır ki, cənab Prezident İlham Əliyev müharibədən əvvəl də, müharibə dönəmində və sonra uğurlu diplomatik siyasət həyata keçirdi. Nəticədə, dövlətimizin başçısının qətiyyəti və uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.

Cənab Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa etdiyini bir daha dünyanın diqqətinə çatdırdı. 

Dövlətimizin başçısı beynəlxalq aləmin ikili standartları barədə həqiqətləri də növbəti dəfə söylədi. Ümumiyyətlə, Prezidentin müsahibəsi özündə dərin mesajları ehtiva edir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri