Icma.az
close
up
RU
Deputat: Prezidentin müsahibəsi beşillik inkişaf trayektoriyasına dair strateji mesajları ehtiva edir

Deputat: Prezidentin müsahibəsi beşillik inkişaf trayektoriyasına dair strateji mesajları ehtiva edir

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın yaxın beşillik inkişaf trayektoriyasına dair bir sıra aydın strateji mesajları ehtiva edir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın yaxın beşillik inkişaf trayektoriyasına dair bir sıra aydın strateji mesajları ehtiva edir. Müsahibədə sülh gündəliyi, investisiya iqlimi, nəqliyyat-logistika, enerji transformasiyası və insan kapitalı kimi istiqamətlər iqtisadi siyasətin prioritet xətti kimi təqdim olunur. Müsahibədə sülhün iqtisadi dividendi – Vaşinqtonda paraflanmış sülh sazişinin, xüsusilə ABŞ-dan investisiyalar baxımından yeni imkanlar açdığı vurğulanır, ABŞ ilə münasibətlərdə yeni mərhələdən söz açılır, strateji tərəfdaşlıq üzrə işçi qrup/xartiya xətti və bunun digər ölkələrdə də “siqnal effekti” yaratması qeyd edilir. Eyni zamanda Orta Dəhliz və Çin faktorunun artmasına diqqət çəkilir, yükdaşımaların artım mənbələrindən birinin Çin olacağı, regionda yeni dəmir yolu marşrutlarının maliyyələşdirilməsi və bunun daşınma həcmlərini artıracağı konteksti verilir. O cümlədən müdafiə sənayesində idxaldan asılılığın azaldılmasından biznes xəttinə keçid və ixracın qısa müddətdə 1 mlrd. ABŞ dollarına çatdırılması kimi hədəf səslənir. Post-neft dövrü üçün insan kapitalı, ali təhsildə genişlənmə və keyfiyyətin artırılması uzunmüddətli dayanıqlı inkişafın bazası kimi təqdim olunur: “Müsahibədə yaşıl enerji + rəqəmsal iqtisadiyyat sinerjisi məqamı diqqət çəkir. Enerji ixracı ilə yanaşı, daxildə AI və data mərkəzləri kimi yüksək enerji tələb edən sahələrin perspektivi ayrıca vurğulanır. Bu strateji çərçivəni nəzərə alaraq hesab edirəm ki, 2026–2030-cu illər dövründə iqtisadi inkişafın lokomotivi roluna ən real namizəd yaşıl enerji ilə qidalanan rəqəmsal-infrastruktur sektoru olacaq. Bu baxımdan data mərkəzləri, bulud xidmətləri, regional “compute” (HPC), kibertəhlükəsizlik və süni intellekt əsaslı B2B həllər qeyd olunmalıdır”.
Tahir Mirkişili qeyd edib ki, bu seçimin əsas məntiqi bir neçə kəsişmədə formalaşır: “Birincisi, sülh kapitalın risk qiymətini aşağı salır. Uzunmüddətli enerji və data mərkəzi layihələri üçün risk azalanda maliyyələşmə daha əlçatan və daha ucuz olur. Bu isə iri həcmli investisiyaları sürətləndirən fundamental faktordur. İkincisi, Orta Dəhliz təkcə tranzit gəliri deyil, regional rəqəmsal qovşaq üçün fiziki bağlantıdır. Fiber marşrutları, data mərkəzlər, sərhədyanı ticarətin rəqəmsallaşması, e-gömrük, izlənəbilirlilik, sığorta/fintech və digər rəqəmsal xidmətlər üçün platforma funksiyası yaradır. Üçüncüsü, yaşıl enerji data mərkəzləri və AI hesablamaları üçün həlledici resursdur. Böyük həcmli hesablamalar ucuz, sabit və proqnozlaşdırılan elektrik tələb edir; bu üstünlük Azərbaycan üçün yeni ixrac edilə bilən xidmətlər bazası yaradır. Dördüncüsü, süni intellekt infrastrukturu məhsuldarlıq effekti ilə bütün sektorları böyüdür. Logistika optimizasiyası, enerji şəbəkəsinin balanslanması, sənayedə keyfiyyət nəzarəti, dövlət xidmətlərinin səmərəliliyi kimi sahələrdə yüksək multiplikativ təsir formalaşdırır. Burada vacib nüans ondan ibarətdir ki, logistika sektoru özü də lokomotiv ola bilər, lakin daha çox platforma rolunu oynayacaqdır (həcmi artırır). Ən yüksək əlavə dəyər və ixrac edilə bilən xidmətlər sırasında isə adətən logistikanın “rəqəmsal qatında” yaranır: marşrut optimallaşdırma, liman/terminal idarəetməsi, elektron sənədləşmə, risk skorlama, gömrük inteqrasiyası və s. qeyd etmək olar. Nəticə etibarilə, Azərbaycanın böyümə mühərriki kimi ən güclü və dayanıqlı kombinasiya yaşıl enerji → data mərkəzləri və bulud infrastrukturu → Süni İntellekt xidmətləri → logistika və sənayenin məhsuldarlığının sürətlənməsi görünür. Bu model həm kapitalın cəlbini asanlaşdırır, həm qeyri-neft ixracını genişləndirir, həm də ölkənin regional dəyər zəncirlərində payını artıraraq uzunmüddətli iqtisadi dayanıqlığı möhkəmləndirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri