Icma.az
close
up
RU
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin?

Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər gündəmə gələn məsələlərdən biri də əməkhaqqıdır.

Deputat Səyyad Aran mediaya müsahibəsində bildirib ki, "beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?".

Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov isə bildirib ki, "Professorların maaşı 1 000 manata yaxındır. Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manat arasında dəyişir. Professorların maaşı min manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz". 

Maraq doğuran odur ki, əgər həmin maaşla millət vəkili, professorlar dolana bilmirsə, adi bir vətəndaş 220 manat müavinətlə necə dolana bilər? Bu istiqamətdə hansısa tədbirlər nəzərdə tutulurmu?   

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev "Cebheinfo.az"a bildirib ki, hər zaman Azərbaycanda maaşların və müavinətlərin azlığından narahatdır: 

"Mən bilirəm ki, hökumət də bu məsələdən narahatdır və istəyir ən azından elə bir səviyyəyə çatsın ki, insanların normal yaşayışına bəs edə bilsin.
Təəsüfflər olsun ki, bu gün nə yaşa görə pensiya, müavinət, hətta 5 uşaqla bağlı “uşaq pulu” həmin ailələrin yaşayışı üçün kifayət etmir. Xüsusən məni ən çox narahat edən müavinət və yaşa görə pensiya alanlardır. 

Onlar çox aşağı məbləğ alırlar. Bütün yaşlı insanlar xəstəxanaya getməli, dərman almalı olurlar. Nəvələrini parka aparmağa, ona bir dondurma almağa ciblərində pul olmalıdır. Bu, ümumiyyətlə, postsovet ölkələrinin problemidir.

Ona görə də hər zaman istəyim bu olub ki, biz müavinətlərin və pensiyaların artırılması ilə bağlı çox ciddi tədbirlər görək. Hər il müəyyən qədər artım olur. Ümumiyyətlə, bu istiqamətdə problemlə bağlı məsələləri qaldırırıq. 

Ümid edək ki, növbəti illərin büdcəsində pensiyaçıların və müavinət alanların aldığı vəsaitdə ciddi artımlar olacaq. Mən bunun üçün əlimdən gələni etməyə hazıram. Prezident də bu istiqamətdə zaman-zaman müəyyəm sərəncamlar imzalayır. Ümid edək, büdcədə elə bir vəsait olacaq ki, bu artımlar yaşayış üçün bəs etsin".

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, deputat Səyyad Aranın fikirlərini oxuyub: 

"Keçmiş təhsil naziri Misir Mərdanovun fikirləri ilə tanış olmamışam. Ancaq prinsipcə, Misir Mərdanov təhsil naziri olanda da belə fikirlər bildirirdi ki, "Bizə bu maaşı təklif etsələr gedib məktəbdə müəllim işləyərikmi?" Bu sualın da cavabı aydındır ki, çox adam getməz.Birincisi, ondan başlayaq ki, SSRİ dövründəki kimi sosialist cəmiyyəti qurmuruq. 

1991-ci ildə Azərbaycan yalnız dövlət müstəqilliyini əldə etmədi. Həmçinin iqtisadi sistemi dəyişdi.Yəni planlı sosialist iqtisadiyyatından biz kapitalist - bazar iqtisadiyyatına keçdik. Bu iqtisadi sistemdə də bərabərsizlikdir. Yəni biz bunu qəbul etdik ki, bəli, bazar iqtisadiyyatına keçmək lazımdır. Kapitalizm odur ki, bəzi insanların pulu çoxdur, avtomobilləri, daşınmaz əmlakları, bank hesabları və s. var. 

Bəziləri isə heç çörək pulu tapmır. Bu aydan o biri aya çox çətinliklə "çıxır". Dövlətin kapitalist cəmiyyətində rolu nə olmalıdır? Maksimal elə etmək lazımdır ki, insanların minimal tələbləri qarşılansın. Sadə dildə desək acından ölməsinlər. Bu nöqteyi-nəzərdən nə qədər pul lazımdır ki, Azərbaycanda insan normal yaşasın?" 

Hazırkı maaşların həcmi və 220 manat müavinət verilməsinə gəldikdə isə, ekspertin fikrincə, bu bir faktdır ki, həmin deputat  Səyyad Aran özü də yaşayış minimumunun lehinə səs verib:

"Yaşayış minimumu odur ki, bu vəsaitlə insan yaşaya bilər. Ancaq yaşaya bilməz axı! Bunu hamı, o cümlədən Səyyad Aran da bilir. Bu cəmiyyətdə əksəriyyət insanların qazancı elə olmalıdır ki, layiqli, insan kimi yaşasın.Səyyad Aranın səs verdiyi yaşayış minimumu bunu təmin etmir. O deyir ki, "Mən avtomobil ala bilmirəm".

Hər bir insanın avtomobili olmaya da bilər. Digər ictimai nəqliyyatdan istifadə edə də bilər. Ancaq söhbət ondan gedir ki, ölkədə yaşayış minimumu niyə aşağıdır?

Mən hesab edirənm ki, Azərbaycan kimi cəmiyyətdə yaşayış minimumu azı 700 manat olmalıdır. Yəni insan kimi yaşasın. İl ərzində insan özünə paltar da almalıdır, həkimə də getməlidir. Hər bir kəsin min cür problemi olur.Ancaq məsələ odur ki, həmin Səyyad Aran da iki dəfə aşağı yaşayış minimumunun qəbul edilməsində iştirak edib. Mən qəbul edirəm ki, o, deyir "mən bu maaşla qənaət edə bilmirəm". 

Yaşayış minimumu Azərbaycanda 2025-ci il üzrə 285 manat müəyyən olunub. Bu baxımdan, Səyyad Aranın belə deməyi gülməlidir. Yəni sən ötən il qanuna səs vermisən və demisən ki, "ay xalqım, sənin yaşayıış minimumun bu qədərdir". Ancaq sonra çıxıb deyirsən ki, "Mən 5 min manata avtomobil ala bilmirəm". 

Deyir ki, "xəstəyəm, dərman alıram", buna inanıram. Bu məsələnin bir tərəfiridir. Ancaq buna görə onun belə çıxış etməyə mənəvi haqqı yox idi. Məsələnin digər tərəfi odur ki, Azərbaycanda insan 5, 10 min manat da maaş ala bilər. Hətta dövlət başçısından artıq maaş alanlar var.

Sadəcə, maraqlıdır, onlar gördüyü işə görəmi o pulu alırlar? Bu baxımdan deputatlarımız nə işlə məşğuldur? Son seçkilərdən sonra Səyyad Aran parlamentdə bir qanun layihəsi hazırlayıbmı? Yox. Konstitusiyaya görə, deputatların qanunvericilik təşəbbüsü hüququ var. Qanun layihəsi hazırlamayana, qəbul etməyənə heç o qədər maaş vermək olmaz. İndi qoy Azərbaycan xalqı desin ki, onlara nə qədər maaş vermək lazımdır".  
 Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Deputat Razi Nurullayev Əkrəm Həsənov Səyyad Aran Misir Mərdanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri