Icma.az
close
up
RU
Deputat: “Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”

Deputat: “Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq. Çünki Azərbaycanın güclü hüquq-mühafizə orqanları var və xarici tərəfdaşları ilə bu istiqamətdə fəaliyyət aparır. Baş Prokurorluq Qabil Məmmədov və digərlərinin istintaqa cəlbini təmin edəcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Bu, həqiqətdir ki, beynəlxalq anti-Azərbaycan dairələr, xüsusilə Ermənistan və ermənipərəst siyasi qüvvələr ölkəmizə qarşı dezinformasiya yayır, təbliğat maşınını işə salır, yalan, iftira dolu məlumatları tirajlayırlar. Çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif üsul, vasitə və mexanizmlərdən istifadə edirlər. Belə mexanizmlərdən biri də formaca azərbaycanlı olub, məzmunca bu millətin, dövlətin düşməni olan şəxləri ələ almaqdır. Bir çox hallarda tərəddüd edirlərsə, pul, "mükafatlandırma" yolu ilə onları xalqımıza, dövlətimizə qarşı düşmənə çevirirlər. Onsuz da onların xisləti belə idi. Nəhayət, bu nankorluqlarından, xislətlərindən, şəxsiyyətsizliklərindən, xəyanətkar olmalarından bəhrələnirlər. Çünki xüsusi xarici xidmət orqanları hər adama yaxınlaşıb, onu öz əllərinə keçirə bilməzlər. Bu insanlar elə mahiyyətcə ermənipərəstdirlər. Soyadlarında "yan" hissəciyi olmasa belə, əslində ermənidən seçilmirlər. Bir çox hallarda ermənidən çox erməni olmağı bacarırlar. Təbii ki, belələrinə qarşı Azərbaycan dövlətinin sərt, prinsipial mövqeyi var və onların cinayət məsuliyyətinə cəlb edilmələri zərurətə çevrilib. Dəfələrlə parlamentdə də bu və digər məsələlər müzakirə edilib. Sapı özümüzdən olan baltalar əslində siyasətə söyüş texnologiyasını gətiriblər. Çünki belə intellektdən uzaq, savadsız, biliksiz insanlardan anti-Azərbaycan, ermənipərəst dairələr başqa necə istifadə edə bilərlər? Kitabları, məqalələri, ağıllı mövqeləri ilə? Yox, çünki savadsız məxluqlardırlar. Bilirlər ki, bizim mentalitet söyüş ritorikasını qəbul etmir. Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimilərə qarşı artıq Baş Prokurorluq cinayət işi açıb. Konkret aprel ayı üzrə müddət göstərilib ki, Prokurorluğun İstintaq İdarəsinə gəlsinlər. Bu məxluqlar yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına arxayın olmaq istəyirlər. Həmin məxluqların ön sırasında dayanan Qabil Məmmədov Almaniyada yaşayır. Arxayındır ki, Almaniya hüquq-mühafizə orqanları onu verməyəcək. Məhəmməd Mirzəli ilə Fransada yaşayır və güman edir ki, Azərbaycan-Fransa münasibətlərinin gərginliyi fonunda Fransa onu Azərbaycana təqdim etməyəcək. Yalnış düşüncədir. Məncə, onların dünyaya gəlişləri, doğulmaları təbiətin bir səhvidir. Yenə də səhv edirlər. Mütləq onlar ölkəyə gətiriləcəklər, sadəcə söhbət zamandan gedir. Yəqin ki, uzun vaxt almayacaq. Yaxın perspektivə ümid bəsləyirik. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir. Qabil Məmmədovu 24 cinayət işi üzrə məsuliyyət gözləyir. Dələduzluq və bu kimi əməlləri öz yerində. Xüsusilə, ona qarşı terrorçuluğa dəstək, terrora çağırış kimi konkret cinayət maddələri üzrə iş açılıb. Bu, Avropanın özündə də çox təhlükəli cinayət növü hesab edilir. Almaniyanın da, Fransanın da, digər üzdəniraqların məskunlaşdıqları ölkələrin hüquq-mühafizə orqanları da bu reallığa diqqət yetirəcəklər. Çünki terror hər yerdə terrordur, bəşəri cinayətdir”, - o bildirib.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see130

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see128

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see126

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see125

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see125

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see124

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see123

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see120

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see119

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see117

Nə vaxt dayanacaqlarını bilmirlər və...donuz olurlar...

18 İyun 2025 21:35see117

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see114

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

İyulun 1 də quru sərhədlər açılacaq?

18 İyun 2025 21:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri