Yunanıstan səmasında təyyarədə həyəcanlı anlar: Boeing 737 nin qanadının bir hissəsi qırıldı
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Yunanıstanın Kalamata şəhərinin beynəlxalq hava limanında yerə eniş zamanı "Ryanair" aviaşirkətinə məxsus təyyarənin qanadı qırılıb.
Oxu.Az bildirir ki, bu barədə "The Sun" məlumat verib.
Qeyd olunub ki, təyyarə Böyük Britaniyanın London-Stansted hava limanından "FR6080" reysi ilə havaya qalxıb. Uçuş zamanı sərnişinlər güclü turbulentlik yaşadıqlarını bildiriblər. Həyəcanlı anlara baxmayaraq, eniş uğurla həyata keçirilib. Ancaq təhlükə bununla bitməyib. Təyyarə dayanacaq zonasında hərəkət edərkən baryerə toxunub və nəticədə qanad qırılıb.
Sərnişinlərdən biri hadisə anlarını belə xatırlayır:
"Hamı qorxmuşdu, bizə təyyarədə qalmağı dedilər, halbuki açıq-aşkar yanğın təhlükəsi var idi. Turbulentlik zamanı isə "kəmərləri bağlayın" siqnalı verilməmişdi".
Hazırda hadisənin detalları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 İyun 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















