Icma.az
close
up
RU
“Yardımsevər” adı altında DƏLƏDUZLUQ 5000 veriləcək deyib ... FOTO VİDEO

“Yardımsevər” adı altında DƏLƏDUZLUQ 5000 veriləcək deyib ... FOTO VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Sosial şəbəkələrdə yardım məqsədilə yaradılan səhifələrin sayı sürətlə artır. Lakin təəssüf ki, bu səhifələrin bir qismi real ehtiyac sahiblərinə kömək etməkdən çox, insanların yaxşı niyyətindən sui-istifadə etməyi qarşısına məqsəd qoyur. Yardım adı ilə atılan bu addımlar, əslində, dələduzluğun yeni formasına çevrilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Bizim.Media”ya daha bir şikayət daxil olub. Vətəndaş bildirib ki, “TikTok” platformasında fəaliyyət göstərən “yardımsever_insanlar” adlı səhifə, ehtiyaclılara kömək etmək adı ilə insanları aldadaraq maddi qazanc əldə edir.

Şikayətçinin iddiasına görə, səhifə tərəfindən vəd olunan “aylıq 500 manat və ərzaq yardımı”nın əldə olunması üçün ondan ilkin olaraq 25-50 manat arası “rüsum” tələb olunub. Aldanaraq bu məbləği ödəyən vətəndaş daha sonra həmin səhifə tərəfindən bloka atılıb. 

Dələduzların qurbanı olan Xəzər rayon sakini Günay Feyzullayeva açıqlamasında həyat yoldaşını itirdikdən sonra üç uşağını təkbaşına böyütmək məcburiyyətində qaldığını və yardıma ehtiyacı olduğunu dilə gətirib.

Elə bu səbəbdən də sözügedən səhifəyə inanıb:

“Səhifəyə daxil oldum, vəziyyətimi izah etdim. Səhifə də aldadıcı görünmürdü. Dedim yəqin ki, köməklik edəcəklər. Mənə yazdılar ki, problem yoxdur, amma 25 manat göndərməlisiz. Uşaqların çörək pulusundan götürüb onlara göndərdim. Tam dəqiqliklə dedilər ki, 25 dəqiqəyə pul sizdə olacaq. Gözlədim, müddət bitdi, yenidən yazdım. Bu dəfə bildirdilər ki, sizə 5000 manat düşür. Çox sevindim, dedim bəxtim üzümə gülüb. Amma əvəzində 45 manat 50 qəpik də istədilər.

Narazılıq etdim, dedim yoxdu. İnad edib, təkrar şirnikləndirməyə başladılar. Həqiqətən də o məbləğin olmadığını bildirdim. Bir qədər keçəndən sonra səs çıxmadı. Bu dəfə göndərdiyim 25 manatımı geri istədim. Bundan sonra məni blok etdilər”, - deyə şikayətçi bildirib.

Günay Feyzullayeva “yardımsevər”lərə inanaraq min bir zəhmətlə qazandığı pulundan da məhrum olduğunu ürək yanğısı ilə qeyd edib və insanları aldadan şəxslərin cəzalandırılmasını istəyib:

“Şikayətimi hüquq mühafizə orqanlarına da bildirəcəm. Mən aldandım, heç olmaya başqaları da bu dələduzların toruna düşməsinlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumdan məsələnin nəzarətə götürüldüyü və araşdırma aparılacağı bildirildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 İyun 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri