Deputat qanun layihəsinə etiraz etdi: Vergini pinəçilər, corab satanlar ödəməlidir?
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mən bu dəyişikliyi mormal hesab etmirəm. Bu konstitusiyaya ziddir".
Qaynarinfo xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzairəsi zamanı deyib.
"Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Əminəm ki, Bakı Gəmiqayırma Zavodu özəl şirkət olsaydı, bu güzətlər nəzərdə tutulmayacaqdı. İndi daha 6 il vergilərdən azad edirik. Bəs vergiləri kim ödəməlidir? Pinəçilər, corab satanlar ödəməlidir? Kiçik sahibkarlar ödəməlidir?"
Deputat, kiçik sahibkarlardan vergi tutulduğu halda böyük müəssisələri vergilərdən azad etməyin ədalətli hesab etmədiyini bildirib.
Qafqaz Rafiqoğlu
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















