Deputat etiraz etdi: Nazir cavablandırdı
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Kənd təsərrüfatının inkişafı ilə bağlı kəndlilərə verilən heyvanlar qapıya çatan kimi ölür. Uzağı üç gün sağ qalırlar”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat təklif edib ki, sosial yardım olaraq verilən heyvanlar sığortalanmalıdır:
“Adicə bir telefon alırsa, ona 1 il sığorta verirlər. Kəndlilərə verilən inəklər də sığortalansın, heç olmasa 3 aylıq da onun yemi verilsin. Çünki bu məşğulluğa dəstək məqsədi tanınır və dəstək üçün verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı addım atmalıdır”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatın dedikləri ilə razılaşmayıb:
“Heyvanlar veriləndə hamısının videogörüntüsü alınır və o nazirliyin saytında yerləşdirlir. Xahiş edirəm araşdırılmamış məlumat səsləndirilməsin”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:57
Bu xəbər 26 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















