Icma.az
close
up
RU
Deputat qanunsuz orqanı transplantasiyasından danışdı, rəqəmləri açıqladı

Deputat qanunsuz orqanı transplantasiyasından danışdı, rəqəmləri açıqladı

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Donorluq və transplantasiya üzrə Qlobal Observatoriyanın məlumatına görə, hər il dünyada 150 min qanuni transplantasiya əməliyyatları həyata keçirilir ki, bu, qeyd olunan sahədə tələbatın yalnız 10 faizini ödəyir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikası göstərir ki, orta hesabla ildə 10 min gizli, yəni qanunsuz insan orqanları transplantasiyası keçirilir ki, bu da saatda bir əməliyyatdan artıq rəqəm təşkil edir".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Nizami Səfərov Azərbaycanın "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın müzakirəsi zamanı deyib.

O bildirib ki, insan hüquqlarının və əsas azadlıqlarının ciddi pozuntusu olan bu cür əməllər transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilir və qlobal beynəlmiləl miqyasda təşkil olunur:

"Bu cür təhlükəli və transmilli xarakter daşıyan kriminal əməllərin qarşısının alınması dövlətlərin və beynəlxalq təşkilatların müştərək və sistemli əməkdaşlığını tələb edir. Müzakirə etdiyimiz sənəd də bunun üçün zəruri hüquqi əsasları nəzərdə tutur.

Eyni zamanda, konvensiyanın daxili qanunvericilikdə implementasiyası əhəmiyyətli dərəcə asanlaşdırılıb, çünki müvafiq sahədə əsaslı hüquqi mexanizmlər artıq formalaşıb. Belə ki, Azərbaycanda 20 oktyabr 2020-ci ildə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" xüsusi qanun qəbul edilib. Cinayət Məcəlləsində insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyasına görə 137-ci maddədə məsuliyyət müəyyən edilib".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Fevral 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri