Icma.az
close
up
RU
Deputat Bakıda Xameneinin 40 mərasimində iştirakdan YAZDI

Deputat Bakıda Xameneinin 40 mərasimində iştirakdan YAZDI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Bir neçə gün əvvəl İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatının 40-cı günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan anım mərasimində deputat həmkarlarımla birlikdə iştirak etdik. Bu cür mərasimlər ilk növbədə xalqlar arasında qarşılıqlı hörmətin, insani və mənəvi dəyərlərin ifadəsidir. 40 mərasimi İslam dünyasında xüsusi məna daşıyan, mərhumun xatirəsinin yad edildiyi və ehtiramın ifadə olunduğu mühüm ənənələrdən biridir. Belə mərasimlərin təşkili həm dini-mənəvi dəyərlərə hörmətin, həm də qarşılıqlı münasibətlərin göstəricisi kimi qiymətləndirilməlidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov özünün feysbuk hesabında yazıb.

O bildirib ki, Azərbaycan ilə İranı bir-birinə bağlayan yalnız coğrafi yaxınlıq deyil, eyni zamanda ortaq tarix, mədəniyyət, dini dəyərlər və əsrlərlə formalaşmış münasibətlərdir:

"Bu cür anım mərasimləri də bu bağlılığın daha aydın şəkildə təzahür etməsinə, xalqlar arasında mənəvi yaxınlığın güclənməsinə xidmət edir.

Azərbaycan və İran arasında münasibətlər hər zaman qarşılıqlı hörmət, mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu münasibətlərin qorunması və inkişaf etdirilməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə həssas dövrlərdə atılan addımlar dövlətlər arasında etimadın daha da möhkəmlənməsinə töhfə verir.

Eyni zamanda bu kimi tədbirlər xalqlar arasında qarşılıqlı anlayışı artırır, ortaq dəyərlərin qorunmasına xidmət edir və münasibətlərin yalnız siyasi deyil, həm də insani müstəvidə inkişaf etdiyini göstərir. Azərbaycan hər zaman qonşu dövlətlərlə mehriban münasibətlərin qorunmasına üstünlük verir və bu istiqamətdə atılan addımlar uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır".

C.Məmədov hesab edir ki, bu kimi yanaşmalar Azərbaycan–İran münasibətlərinin daha da inkişafına, qarşılıqlı etimadın güclənməsinə və regionda sabit, dostluq mühitinin formalaşmasına mühüm töhfə verir.

Redaktor.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Aprel 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri