Icma.az
close
up
RU
Qusarda keçirilən regional konfrans başa çatıb

Qusarda keçirilən regional konfrans başa çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda Qusarda keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransın “Azərbaycanda ənənəvi dini mühit və ona qarşı təhdidlər” mövzusuna həsr olunan birinci panel sessiyasında çıxış edən Komitənin sədr müavini Gündüz İsmayılov Azərbaycanda formalaşmış ənənəvi dini mühitin cəmiyyətin mənəvi dayağı olduğunu qeyd edib. Dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artması, bəzi qüvvələrin dini məqsədli şəkildə siyasiləşdirməsi, terrorla əlaqələndirməsi cəhdlərindən bəhs edərək, maarifləndirmə işinin vacibliyini vurğulayıb.

Digər çıxış edənlər İslamın mənəvi və intellektual mədəniyyət nümunəsi kimi müasir çağırışlara cavab verə biləcək potensiala malik olduğunu bildiriblər. Dini radikalizmin yalnız ideoloji deyil, həm də psixoloji və sosial amillərlə bağlı kompleks bir fenomen olduğu vurğulanıb. Qeyd edilib ki, dini biliklərin səthi qavranılması və sosial ədalətsizlik kimi amillər radikal düşüncələrin yayılmasına zəmin yaradır.

“Dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dini radikallığın əsas səbəbləri sırasında yanlış dini təfsirlər, sosial ədalətsizlik və mənəvi boşluğu qeyd edib. O, bu fəsadlarla mübarizənin əsas yolunun düzgün dini maarifləndirmə və elmi əsaslara söykənən dini düşüncə olduğunu vurğulayıb.

Digər natiqlər bildiriblər ki, dini radikalizmin yayılmasında təkcə daxili psixoloji və sosial səbəblər deyil, eyni zamanda, xarici geosiyasi maraqlar da mühüm amildir. Bu maraqlar dini kimliyi manipulyasiya vasitəsinə çevirərək, cəmiyyətləri zəiflətməyə, daxili sabitliyi pozmağa yönəlib. Həmçinin dini radikalizmin yaranma səbəbləri və onunla mübarizə yolları barədə fikirlər bölüşülüb.

Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dini maarifçilik fəaliyyətinin əsas hədəfləri barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri haqqında insanlarda ictimai konsensusa əsaslanan aydın təsəvvürün yaradılması, milli birlik, həmrəylik ideyalarının təşviqi, o cümlədən tarix, ənənələr, mədəni və mənəvi dəyərlər üzərində milli kimliyin formalaşdırılması, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilən və təqdir olunan vahid prinsiplərinin müəyyən edilməsi əsas istiqamətlər sırasında yer alır. Komitə sədri vurğulayıb ki, din anlayışının bəzi dairələr tərəfindən ideoloji təhdid aləti kimi istifadə edilməsi təcrübəsi barədə cəmiyyətin məlumatlandırılması, bu cür hallara qarşı mübarizə metodlarının təqdim edilməsi, habelə ənənələr, müasir çağırışlar əsasında dövlət və dinin funksiyaları arasında sərhədləri dəqiq təyin edən ictimai münasibətlər sisteminin formalaşdırılması mühüm amillərdəndir.

Qeyd edək ki, Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də Qusar, Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarından olan din xadimləri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri