Deputat Razi Nurullayev məşhur finlandiyalı qadına qoşuldu və... Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev yenidən fərqli addımı ilə gündəmə gəlib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəfə o, finlandiyalı turist Taina Liekari ilə birlikdə Qobustan-Bakı marşrutu üzrə piyada yürüşə çıxıb.
Görüntüləri deputatın özü ictimaiyyətlə bölüşüb. Onun sözlərinə görə, Taina Liekari artıq bir müddətdir Azərbaycanda səyahətdədir və Gəncədən Bakıya doğru piyada yürüşə başlayıb. Deputat isə bu maraqlı səfərdə ona Qobustan ərazisində qoşulub.
Razi Nurullayev bildirib ki, məqsəd həm ölkəmizin gözəlliklərini xarici qonağa yaxından tanıtmaq, həm də sağlam həyat tərzini təbliğ etməkdir.
Qeyd edək ki, bir müddət əvvəl deputat finlandiyalı turisti qarşılamaq üçün Qazax rayonuna da getmişdi. Onun yerli və xarici turistlərlə bu cür təmasları sosial şəbəkələrdə maraqla qarşılanır və müsbət rezonans doğurur.
Sözügedən görüntüləri təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Avqust 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















