Icma.az
close
up
RU
Deputat Razi Nurullayev finlandiyalı turistin arxasınca Qazaxa getdi

Deputat Razi Nurullayev finlandiyalı turistin arxasınca Qazaxa getdi

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Taina Liekari finlandiyalı turistdir. Ginnesin rekordlar kitabına düşmək üçün 40 min km piyada olaraq ölkələri gəzməlidir. Madrid şəhərindən başlayıb və bu günə kimi 6 min km qət edib". 

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, o Gürcüstanda olarkən "Qırmızı Körpü"dən keçərək gəlmək istəyib, amma quru sərhədlərimiz bağlı olduğu üçüb Bakıya təyyarə ilə gəlməli olub:

"Bileti min manatdan baha alıb və narazı qalıb. Sonra maşınla Bakıdan Qazaxa gedib və yarımçıq qalan marşrutunu "Qırmızı Körpü"nün Azərbaycan tərəfindən davam etdirib. 

Mən həm millət vəkili olaraq, həm də Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq Bakıdan Qazaxa 500 km məsafə qət edərək, Tiana Liekarini Qazax şəhərində ziyarət etdim və xeyli söhbət etdik. Çox razı qaldı və inana bilmirdi ki, bir deputat, partiya sədri 500 km qət edərək onu görməyə və qayğıları ilə maraqlanmağa gəlib. Çox şad oldu".

R.Nurullayev əlavə edib ki, bu hərəkəti ilə Azərbaycan dövləti ölkəmizdə olan hər bir xarici vətəndaşa, turistə hörmətlə yanaşdığını bildirmək istəyir:

"Ona dedim ki, artıq Turizm Agentliyinə də xəbər etmişəm və onlar da məsələdən xəbərdardırlar. Artıq Turizm Agentliyi onun üçün Qazax-Bakı yolu boyunca turizm marşrutu üzrə məlumat hazırlayıb və mənə göndərib. Mən də onu Taina Liekariyə təqdim etdim.

Məndən xahiş etdi ki, bir gün onunla piyada məsafə qət edim və yaxın günlərdə 40-50 km məsafəni onunla birlikdə qət edəcəm.

Bakıya çatan zaman da lazimi köməkliklər göstərəcəyik. Hər gün əlaqə saxlayaraq qayğıları ilə maraqlanacam. Onun bloqunu xeyli insan izləyir və qeyd edirlər ki, Azərbaycana gəlmək istəyirlər. Onun üçün də bizim də borcumuz onlara Azərbaycan qonaqpərvərliyini göstərməkdir".\\Cebheinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Avqust 2025 03:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri