Icma.az
close
up
RU
Deputat: “Rus məktəblərinin saxlanılmasının və dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarları, eyni zamanda əleyhdarları var...”

Deputat: “Rus məktəblərinin saxlanılmasının və dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarları, eyni zamanda əleyhdarları var...”

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan və Rusiya arasında diplomatik böhran yaşanmaqdadır. Bunun günahkarı Rusiyanın özüdür. Yekaterinburq şəhərində Azərbaycan diasporunun üzvlərinə qarşı törədilmiş ağır cinayətin izlərinin gedərək Rusiya hakimiyyətinin yuxarı eşelonlarına çıxması və günahkarların cəzalandırılmaması rəsmi Moskva-Bakı münasibətlərində çox ciddi böhrana gətirib çıxarıb. Azərbaycan ictimaiyyəti də son dərəcə narahatdır və cinayətkarların cəzalandırılmasını tələb edir. Hələ də Kreml susqunluq nümayiş etdirir. Belə olan vəziyyətdə Azərbaycan cəmiyyətində ölkəmizdəki rus məktəblərinin dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması təklifləri səslənir. Eyni zamanda Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılmasına qədər yanaşmalar özünə yer alıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, rus məktəblərinin Azərbaycanda mövcudluğu dövlət siyasətidir: “Bu bizim Rusiya ilə ənənəvi dostluq və mehriban qonşuluq siyasətindən qaynaqlanıb. Təbii ki, rus məktəblərinin saxlanılmasının və dövlət tərəfindən maliyyələşdirilməsinin xeyli tərəfdarı, eyni zamanda əleyhdarları var. Nə qədər ki rəsmi Moskva Azərbaycana münasibətdə anlaşılmaz siyasət həyata keçirir, qeyri-dost mövqe ortaya qoyur, rus məktəblərinin Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılmasını tələb edənlərin miqyası genişlənir, onların çəkisi daha da artır. Bu, Rusiyaya, rəsmi Moskvaya lazımdırmı? Ümumiyyətlə, Kreml üçün faydalıdırmı? Təbii ki, yox. Belə olan halda, Rusiya anti-Azərbaycan siyasətinə son qoymalıdır. Bu gün Rusiyanın dünyadakı dostlarının sayı iki əlin barmaqlarının sayından azdır. Azərbaycan kimi strateji müttəfiqi itirmək Rusiyaya nə vəd edir? Yaxşı heç nə vəd etmir. Təsir əks təsirə bərabərdir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi məlum hadisə ilə bağlı çox kəskin bəyanat verib. Azərbaycan Milli Məclisinin üzvlərinin Rusiya Dövlət Dumasına səfəri təxirə salınıb. Mədəniyyət Nazirliyi Rusiyada keçiriləcək çoxsaylı tədbirlərini dayandırıb. Gərginlik artma xətti üzrə inkişaf edir. Məsuliyyəti birbaşa qarşı tərəf - Rusiya hakimiyyəti daşıyır. Nə qədər ki cinayətkarlar cəzalandırılmayıb, təbii ki, münasibətlərdə yaxşı heç nə vəd olunmur. Hətta münasibətlərin bərpasının son dərəcə əngəlləyən proseslər arta bilər. Bütün bu hallarda məsuliyyət Rusiyanın üzərinə düşəcək”.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see142

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see132

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see131

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see130

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see127

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see127

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see125

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see123

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see123

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see123

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see121

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see120

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see119

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see119

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

30 İyun 2025 00:26see117

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see117

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see115

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see113

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? DOSYE

30 İyun 2025 18:56see112

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri