Azərbaycanla Pakistan arasında gənclər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdam, 1 iyul, AZƏRTAC
İyulun 1-də “İƏT Həftəsi” çərçivəsində Ağdam şəhərində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ilə Pakistan Baş nazirinin gənclər proqramı üzrə məsul nümayəndəsi Sayeda Amnah Batul arasında gənclər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, həmin memorandum Azərbaycan ilə Pakistan arasında gənclər siyasəti, qeyri-formal təhsil, könüllülük, gənclər mübadiləsi və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə, eləcə də regionlararası dialoqun möhkəmləndirilməsinə xidmət edir.
Memorandum çərçivəsində birgə tədbirlərin təşkili, təcrübə mübadiləsi və gənclər arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə səylər göstərmək barədə razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 İyul 2025 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















