Icma.az
close
up
RU
Deputat Rusiyanın Azərbaycana 2 təhlükəsindən danışdı: “Hazır olmalıyıq”

Deputat Rusiyanın Azərbaycana 2 təhlükəsindən danışdı: “Hazır olmalıyıq”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov şəxsi “Facebook” hesabında Rusiyanın “Z-kanalları”nın ölkəmizə qarşı kütləvi informasiya hücumuna başladığını açıqlayıb. 

T.Zülfüqarovun sözlərinə görə, o, ölkəmizin internet məkanına kütləvi hücuma keçmiş Rusiyanın təbliğat resurslarının fəaliyyətini mümkün qədər izləyib və təhlil edir. Sabiq nazirə görə, mütəşəkkil bir kampaniya belə bir tezis yayır ki, guya Rusiya hakimiyyətinin mövqeyi Azərbaycan xalqına deyil, sadəcə, “Azərbaycanın qərbyönlü hakimiyyəti”nə qarşıdır. 

Həmçinin Zülfüqarovun fikrincə, “daxili müxalifət” adından ölkə rəhbərliyini tənqid edəcək idarə olunan ruporların meydana çıxması mümkündür. T.Zülfüqarov iki ay əvvəl bu istiqamətdə xəbərdarlıq etdiyini xatırladıb: 

“Qarabağ təzyiq mexanizmi itirildikdən sonra xarici qüvvələr regiona yeni təzyiq modelini işə salmağa çalışacaqlar. Bu gün ölkədə sabitliyi pozmağa cəhd ediləcəyi açıq-aydın görünür, çünki informasiya hücumu artıq başlayıb. Lakin bu cəhdin uğursuzluğa məhkum olduğu da göz qabağındadır, çünki Azərbaycanda cəmiyyətin konsolidasiya səviyyəsi Rusiyanın özündə, məsələn, Gürcüstan və Ermənistandakından xeyli yüksəkdir”.

“Cebheinfo.az” a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, onların əsas məqsədi Azərbaycanda daxildə qarışıqlıq yaratmaqdır. Deputat qeyd edib ki, Rusiya milli azlıqlar kartından yenidən istifadə etməyə çalışacaq: 

“Bu gün Rusiya rəsmilərinin, ruporlarının, bloqçularının və deputatlarının səsləndirdikləri və irəli sürdükləri əsas tezis ondan ibarətdir ki, Azərbaycanda daxildə qarışıqlıq yaradılsın. Bu istiqamətdə bir neçə sahədə iş aparılacaq. Yəni birinci Rusiya tərəfi hər zaman olduğu kimi, Azərbaycanda milli azlıqları qızışdırmağa cəhd göstərəcək.

Bu məsələdə milli azlıqlardan geniş şəkildə istifadə oluna bilər. Artıq müşahidə edəcəyik ki, bəzi qruplar və şəxslər, xüsusilə də milli azlıqlara mənsub olanlar fəallaşmağa başlayacaqlar. Biz bu təhlükəyə hazır olmalıyıq. Çünki Rusiya əvvəllər də bu kartdan ciddi şəkildə istifadə edib”. 

Ceyhun Məmmədovun sözlərinə görə, Rusiya Azərbaycanda sabitliyi pozmaq məqsədilə yalnız milli yox, həm də dini amildən istifadə etməyə çalışacaq: 

İkinci məsələ isə din amilidir. Rusiya bu istiqamətdən də istifadə etməklə ölkəmizdə sabitliyi pozmağa çalışacaq. Yəni Rusiyanın həm milli, həm də dini amillərdən istifadə edilərək daxildə gərginlik yaratmaq niyyəti var. Lakin Azərbaycanda özünü müxalifət elan edənlərin elə bir gücü yoxdur. Cənab Prezidentin reytinqi çox yüksəkdir və bu cür cəhdlər ölkəmizə təsir edə bilməz. 

Biz özümüzü bir dini, bir də milli məsələlər baxımından qorumağa çalışmalıyıq. Bu proseslərə qarşı vaxtında və ciddi müdaxilə etməliyik. Daxildə müxalifətin elə qüvvəsi yoxdur. Ola bilər ki, hansısa “5-ci kolon” nələrsə etməyə çalışsın, ancaq bunun hər hansı effekt verəcəyini düşünmürəm. Azərbaycanda xalq-iqtidar birliyi yüksək səviyyədədir, əhalinin mütləq əksəriyyəti ayıqdır və bu cür proseslərə qarşı tam hazırdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Ceyhun Məmmədov Rusiya Azərbaycan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri