Icma.az
close
up
RU
Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova bildirib.

Deputat deyib ki, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin nümunəsidir: “Avqustun 8-nə keçən gecə Rusiya Ordusu SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmək üçün “Shahed” pilotsuz təyyarələrindən istifadə edib. Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib. Bundan əvvəl də Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi, daha sonra SOCAR-ın ofisinin yanına raketin düşməsi Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq niyyətini ortaya qoyur, düşmənçiliyi sübut edən faktlardır”.

Səbinə Salmanova 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin "Pantsir-S" raketi ilə vurulmasını, Yekaterinburqda soydaşlarımızın qətlə yetirilməsi və zorakılıqlarla üzləşməsini də xatırladıb: Rusiya hələ də AZAL-ın təyyarəsinin vurulmasına, nəticədə onlarla insanın ölümünə görə rəsmən günahını etiraf etməyib, üzr istəyərək kompensasiya ödəməyib. Azərbaycanlılara qarşı qanunsuz həbslər isə hələ də davam edir. Bütün bunlar Rusiyanın Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin növbəti nümunəsidir. Qardaş Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri təəccüblü deyil.

Rusiyanın düşdüyü rüsvayçı vəziyyət, bu dövlətin postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlət olması reallığını ortaya qoyub”.

Deputat bütün bunların fonunda postsovet məkanının Rusiyadan üz döndərdiyini xatırladıb: Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB-nin durumu göz önündədir, qurum dağılır. Moldova bu qurumu tərk edib, Azərbaycan onun tədbirlərinə qatılmır. Baş nazirin müavini Yaqub Eyyubovun MDB İqtisadi Şurasının iclasını iqnor edib”.

Səbinə Salmanova vurğulayıb ki, Rusiya yırtıcı siyasətdən ək çəkməli, o cümlədən Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Avqust 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri