Icma.az
close
up
RU
Deputat: “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür”

Deputat: “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür”

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

“Quru sərhədlərin bağlı olması ilə əlaqədar uzun müddətdir, siyasətçilər və digərləri tərəfindən müxtəlif fikirlər səsləndirilir. Ancaq bu gün İran və İsrail arasındakı vəziyyət bir daha sübut edir ki, dövlət başçısının sərhədlərin bağlı olması istiqamətində gördüyü tədbirlər, verdiyi qərarlar, həqiqətən, vacibdir və bu gün də o vaciblik özünü göstərir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, müxtəlif mənbələrdən xoşagəlməz məlumatlar sızır: “Guya Azərbaycan ərazisindən İran ərazisinə casusluq, kəşfiyyat məqsədilə kimlərsə göndərilib. Bunlar əsası olmayan, şər-böhtan fikirlərdir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri çox hörmətli Hikmət Hacıyev də təkzib etdi, bildirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda sərhədlərimizin bağlı qalması təhlükəsizliyimiz üçün çox vacibdir. Və bu vaciblik artıq təsdiqini tapmaqdadır. Həm İsrail, həm də İran tərəfi qarşılıqlı olaraq uzaqmənzilli silahlardan, təyyarələrdən, raketlərdən, pilotsuz uçuş aparatlarından, dronlardan istifadə edirlər. Nə olacağını bilmək olmaz. Hansı təhlükə gözlənilə, İranın nüvə obyektlərinə olan zərbələrdən hansı təhlükələr gələ bilər? Yaxud təhlükə hiss edib, sərhədlərimizi pozmaq fikrində olanlar nələr edə bilərlər? Hesab edirəm, sərhədlərimiz daha da etibarlı qorunmalıdır, öz təhlükəsizliyimiz üçün müvafiq tədbirlər görməliyik, görürük də. Yüksək səviyyədə bu məsələlər həllini tapır. Sərhədlərin bağlı saxlanılması bu gün həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür”.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see317

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see280

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see197

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see169

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see166

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see165

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see145

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see144

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see138

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see137

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see134

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see132

İsrail İran münaqişəsi fonunda Azərbaycanda saxta xəbərlər yayılır Rəsmi

13 İyun 2025 14:51see121

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see117

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see115

D vitamini analizini kimlər nə üçün verməlidir?

13 İyun 2025 11:24see114

İranın Baş Qərargahnın AZƏRBAYCANLI RƏİSİ rəisi öldürüldü

13 İyun 2025 08:02see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri