Icma.az
close
up
RU
Deputat: Sərt, prinsipial və qərarlı yanaşma

Deputat: Sərt, prinsipial və qərarlı yanaşma

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edən cənab Prezident İlham Əliyevin  hadisə ilə bağlı AzTV-yə verdiyi müsahibə rəsmi Bakının mövqeyini  bir daha nümayiş etdirdi". 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib. 

O bildirib ki, ölkə başçısı baş vermiş qəza ilə əlaqədar sərt, prinsipial və qərarlı yanaşma  sərgilədi:

"Azərbaycanın Rusiyadan tələbləri sadəcə beynəlxalq hüquq və insani dəyərlər çərçivəsindədir və rəsmi Moskva irəli sürdüyümüz bütün şərtləri qəbul etməlidir. Aydındır ki, təyyarəmiz Rusiyanın hərbi hava qüvvələri (HHM) qüvvələri tərəfindən kənar müdaxiləyə məruz qalaraq qəza edib. Təbii ki, bu qəsdən tərədilməyən bədbəxt hadisədir və motivlər artıq bəllidir".

Lakin deputat vurğulayıb ki, Kreml rəsmiləri təkzibolunmaz faktların olmasına rəğmən, dövlət ədəbinə, dövlətçilik ənənələrinə yaraşmayacaq tərzdə ritorika sərgiləməklə öz nüfuzlarına xələl gətirdilər:

"Belə olduğu təqdirdə, cənab Pezidentin fikirləri dövlətimizin suverenliyi və vətəndaşlarımızın təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətlidir. Ölkə  başçısının hadisə baş verdiyi gün MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakdan geri qayıtması siyasi iradə və xalqımıza sədaqət nümunəsi idi.

Ölkə Prezidentinin nümayiş etdirdiyi qətiyyət və siyasi iradə dövlətimizin gücünün və prinsipial mövqeyinin ifadəsi kimi bütün dünyaya nümayiş etdirildi. Bununla da bir daha Azərbaycan dövlətinin məsuliyyətli və xalqına çox sədaqətli olduğu ifadə olundu". 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri