Icma.az
close
up
RU
Azərbaycan “Vahid Çin” siyasətini prinsipial şəkildə dəstəkləyir Deputat

Azərbaycan “Vahid Çin” siyasətini prinsipial şəkildə dəstəkləyir Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən aktual məsələlərə toxunub. Dövlət başçısı qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Çin münasibətlərinin, eləcə də regional və qlobal miqyasda təhlükəsizlik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.  

Parlamentari bildirib ki, Azərbaycan və Çin arasında münasibətlər siyasi etimad və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

"Azərbaycan Prezidenti müsahibəsində iki ölkənin hərtərəfli strateji tərəfdaşlığının əsas dayaqlarını aydın şəkildə ifadə edib. Qarşılıqlı dəstək, milli mənafelərin qorunması və beynəlxalq hüquqa hörmət prinsipləri ikitərəfli münasibətlərin əsasını təşkil edir. Azərbaycan “Vahid Çin” siyasətini prinsipial şəkildə dəstəkləyir. Çin də ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən dövlətlər sırasındadır. Bu, müxtəlif sahələrdə dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına şərait yaratmışdır. 

İkitərəfli əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak məsələsinə toxunub, ölkəmizin Avrasiya məkanında əsas tranzit və logistika mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinin əhəmiyyətini diqqətə çatdırıb. 

Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursu regional və qlobal miqyasda sabitliyin, qarşılıqlı hörmətin və sülhün təşviqinə yönəlib. Ölkəmiz beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan siyasətinə sadiqdir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı kimi iştirakı Çinlə çoxtərəfli platformalarda əməkdaşlıq üçün yeni imkanlar açır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birinin təşəbbüslərini dəstəkləyir və ortaq maraqlara əsaslanan mövqe nümayiş etdirirlər. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29-a ev sahibliyi etməsi ölkəmizin artan qlobal nüfuzunu və multilateral diplomatiyada fəal rolunu bir daha nümayiş etdirir.

Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəm təməllər üzərində qurulduğunu və davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dövlətlərarası əməkdaşlıq modeli müasir beynəlxalq şəraitdə dayanıqlı, etibarlı və perspektivli tərəfdaşlığın nümunəsi kimi çıxış edir".  
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri