Icma.az
close
up
RU
Deputat: TDT+ təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı sayıla bilər

Deputat: TDT+ təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı sayıla bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü təşkilatın fəaliyyət tarixində növbəti mühüm mərhələ oldu. Ev sahibi Azərbaycan başda olmaqla, bütün üzv ölkələr təşkilatın nüfuzunun artırılması istiqamətində səyləri daha da möhkəmləndirməkdədir. Zirvə toplantısında səslənən əsas mesajlardan biri də təşkilatın qlobal arenada vacib aktor kimi rolunun artması idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, cari ilin avqustunda Vaşinqton Sammitində əldə edilmiş razılaşmalar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması TDT tərəfindən də dəstəkləndi. Zirvə toplantısının rəhbərləri bu inkişafı Cənubi Qafqazda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifah yolunda mühüm addım kimi qiymətləndirirlər.

"Qəbələ Zirvəsində dövlət başçıları dinc, təhlükəsiz və firavan Türk Dünyası vizyonuna birgə sadiqlik nümayiş etdirdilər. Siyasi dialoq, təhlükəsizlik, iqtisadi potensialın düzgün qiymətləndirilməsi təşkilatın dəyişməyən prioritetləridir. 12-ci Zirvə toplantısının yekun Bəyannaməsində bu istiqamətdə işbirliyinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur. Xüsusilə strateji önəm kəsb edən nəqliyyat infrastrukturunun artan imkanları “qazan-qazan” prinsipinə söykənir. Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə xarici tərəfdaşlarla əməkdaşlıq üçün çevik çərçivə kimi “TDT+” Formatının yaradılması haqqında qərar da qəbul etdilər. Bu format təşkilata marağın ilbəil artmasının göstəricisidir və TDT+ təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı sayıla bilər. Beləliklə, TDT artıq daha geniş və daha çevik əməkdaşlıq formatına keçir", - deyə K.Nurullayeva qeyd edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2026-cı ildə ortaq hərbi təlim keçirmək təşəbbüsü isə xüsusi əhəmiyyət kəsb edir. Türk coğrafiyasında təhlükəsizliyin təmin olunması ortaq maraqların təmin olunması deməkdir. Təbii ki, istənilən xarici təhdidlər fonunda hərbi işbirliyi dövrün tələbidir. Prezident də qeyd etdi ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.

"Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində də sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Ortaq əlifba çağırışı isə inteqrasiya və türk xalqlarının bir-birinə daha sıx yaxınlaşması baxımından vacibdir", - deyə Könül Nurullayeva fikirlərini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri