Icma.az
close
up
RU
Deputat: Təyyarə qəzasının səbəblərinin hansısa ehtimallar üzərində qurmaq düzgün deyil

Deputat: Təyyarə qəzasının səbəblərinin hansısa ehtimallar üzərində qurmaq düzgün deyil

Milli Məclisin deputatı Samir Vəliyev Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müzakirələrdə Ukraynanın günahlandırılmasına münasibət bildirib. 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, hadisənin baş vermə səbəblərinin hansısa ehtimallar üzərində qurmaq düzgün deyil: “Rəsmi açıqlamanı gözləmək lazımdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Məsələ dövlət başçısının birbaşa şəxsi nəzarətindədir. Cənab Prezident dünən keçirdiyi müşavirədə bildirdi ki, Komissiyanın işi məsələni tam araşdırmaqdır. Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb, Azərbaycan cəmiyyətinə məlumat verməlidir. Müvafiq qurumlar da hadisə ilə bağlı səfərbər olublar. AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində insan tələfatının olması hər birimizi kədərləndirir. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin”. 

Aytəkin Qardaşova 

seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri