Icma.az
close
up
RU
Apple dan növbəti yenilik… süni intellektli canlı tərcümə, yeni dizayn və…

Apple dan növbəti yenilik… süni intellektli canlı tərcümə, yeni dizayn və…

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

ABŞ-ın texnologiya nəhəngi Apple özünün növbəti əməliyyat sistemi – iOS 26-nı təqdim edib. Yeni sistem həm dizayn, həm də funksionallıq baxımından bir sıra yeniliklərlə yadda qalır.

Tribunainfo.az xəbər verir ki, Apple-ın San-Fransiskoda keçirilən ənənəvi WWDC (Worldwide Developers Conference) tədbirində təqdim olunan iOS 26 əməliyyat sistemi vizual baxımdan köklü dəyişikliklərə və süni intellekt imkanlarının daha da genişləndirilməsinə fokuslanıb.
iOS 26 ilə birlikdə istifadəçiləri ilk qarşılayan dəyişikliklərdən biri ikonların formasıdır. İndiyədək kvadrat formalı olan tətbiq nişanları indi dairəvi formada təqdim olunur. Bu, Apple ekosistemində ilk belə radikal dizayn dəyişikliyi kimi qiymətləndirilir.

Bununla yanaşı, tətbiqlər üçün yeni vizual üslub – “Liquid Glass” da istifadəyə verilib. Bu üslub sayəsində ikonlar şəffaf və sanki şüşə üzərində axan maye effekti ilə vizual olaraq daha dinamik görünür.

iOS 26-nın ən diqqətçəkən yeniliklərindən biri real vaxtda tərcümə funksiyasıdır. Yeni sistem səsli və video zəngləri süni intellekt vasitəsilə canlı şəkildə tərcümə edə bilir. Bu xüsusiyyət, xüsusilə çoxmillətli istifadəçilər arasında ünsiyyəti asanlaşdırmaq məqsədi daşıyır və Apple-ın multikultural kommunikasiya istiqamətində atdığı mühüm addım hesab olunur.

Əməliyyat sistemindəki dəyişikliklər kamera tətbiqinə də təsir edib. iOS 26-da kamera yalnız iki əsas rejimi – foto və video təqdim edir. Əlavə funksiyalar əlavə menyulara keçid vasitəsilə əlçatan olacaq. Bu dəyişiklik istifadəçi təcrübəsini sadələşdirmək məqsədi daşıyır.

Digər yeniliklərdən biri də şarj zamanı cihazın tam dolmasına nə qədər vaxt qaldığını göstərən indikatordur. Beləliklə, istifadəçilər artıq batareyanın nə vaxt tam dolacağını dəqiq şəkildə görə biləcəklər.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 İyun 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri