Icma.az
close
up
RU
Turan Tovuz un legioneri Kurban Berdıyevlə Rəşad Sadıqov arasında seçim etməlidi detallar

Turan Tovuz un legioneri Kurban Berdıyevlə Rəşad Sadıqov arasında seçim etməlidi detallar

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bilindiyi kimi, "Turan Tovuz"da mövsümlərarası fasilə dönəmində ilk ayrılıq yaşanıb.

"Bozqurd" müdafiəçisi Araş Qaderiylə yolları ayırıb. İranlı karyerasını vətənində - "Xeybər"də davam etdirəcək. Futbolçu artıq yeni klubuyla müqavilə bağlayıb.
Təbii ki, komandayla bağlı yeniliklər bununla yekunlaşmır. Növbəti mövsümdə də avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağa hazırlaşan bölgə təmsilçisi heyətin formalaşdırılması yönündə çalışmaları davam etdirir. Daha əvvəl yanvarda Mahaçqala "Dinamo"sundan mövsümün sonuna qədər icarəyə götürülən Anton Kraçkovski ilə müqavilənin yenilənməyəcəyini yazmışdıq.
Redaksiyamıza daxil olan məlumata görə, baş məşqçi Kurban Berdıyev daha bir futbolçu ilə bağlı qərarını qətiləşdirib.
"Football-plus.az" xəbər verir ki, "Turan Tovuz" iyunun sonunda müqaviləsinin müddəti başa çatacaq Aleks Serrano ilə daha bir mövsüm yola davam etmək istəyir. İş ondadı ki, futbolçuyla klub arasında maddi şərtlər üzündən anlaşmazlıq yaranıb. İspaniyalı "bozqurd"dan daha çox məvacib tələb edir. İnsafən, buna haqqı da var. O, başa çatan "futbol ili" ərzində meydana çıxdığı 35 premyer-liqa matçında 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Serrano yarımmüdafiənin mərkəzində və hücumameyilli yarımmüdafiəçi kimi çıxış edə bilir.
Bununla belə, onun həm başqa ölkələrdən, həm də premyer-liqamızdan təklif aldığı məlumdu. Serranoyla ən yaxından maraqlanan klub isə ölkəmizi Konfrans Liqasında təmsil etməyə hazırlaşan "Zirə"di.
Qısası, qeyd olunan amillər Kurban Berdıyevin aparıcı futbolçunu heyətdə saxlamaq cəhdlərini çətinə salır. Hər halda, Serrano hələ yekun qərarını bildirmək üçün "Turan Tovuz"dan vaxt istəyib. Klub isə futbolçunun daha çox maaş tələbini dəyərləndirir.
Xatırladaq ki, Xixon "Sportinq"inin yetirməsi olan 30 yaşlı ispaniyalı karyerası ərzində "Espanyol", "Malyorka", "Talavera", "Selta", "Salamanka", "Kornelya" (hamısı İspaniya), "Qurnik" (Polşa) və "Hebar" (Bolqarıstan) klublarının formasını geyib.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri