Deputat torpaq satışındakı problemlərdən danışdı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bələdiyyələrlə respublika səviyyəli hüquqi şəxslər arasında münasibətlər yaxşılaşdırılmalıdır. Hüquqi mexanizmlər bu sahədə daha təsirli olmalıdır. Bu gün vətəndaş torpaq əldə edərkən görür ki, həmin torpağın qiyməti reallıqdan uzaqdır - bəzən beş dəfə artırılır. Xüsusilə cənub bölgəsində aylarla torpaq əldə edə bilməyən insanlar var. Halbuki bu torpaqlar tarixən yaşayış üçün nəzərdə tutulmuş ərazilərdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Tahir Rzayev deyib.
O qeyd edib ki, bəzi hallarda torpaqlar 500–600 manata təqdim olunsa da, bazar qiymətinin qat-qat yüksək olduğu müşahidə edilir.
"Yerli icra strukturlarının bu məsələyə münasibəti birmənalı deyil. Halbuki həmin torpaqlar dövlət büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, təsərrüfatın inkişafına da xidmət edə bilər2.
Tahir Rzayev həmçinin bələdiyyələrə televiziyada efir verilməsi məsələsini qaldırıb.
“Bu, bələdiyyələrin inkişafı üçün çox vacibdir. O baxımdan, əgər mümkün olarsa, aidiyyəti nazirliklərdən nümayəndələrin iştirakı ilə konkret tədbirlər planı hazırlanmalıdır. Heç olmasa, bu sahədə vahid proqram mövcud olsun. Bu proqram çərçivəsində vətəndaş fəaliyyəti gücləndirilə, insanlar proseslərə daha fəal şəkildə cəlb oluna bilərlər. Bu, həm də Azərbaycanın təşviq siyasətinin effektivliyini artırar”.
Baxış sayı:124
Bu xəbər 09 Fevral 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















