Icma.az
close
up
RU
Deputat: Ulu Öndərin əbədiyaşar ideyaları və irsi bizlərə istiqamət verir AZƏRTAC

Deputat: Ulu Öndərin əbədiyaşar ideyaları və irsi bizlərə istiqamət verir AZƏRTAC

Bakı, 11 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin əvəzolunmaz şəxsiyyətlərindən biri, müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Heydər Əliyev Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadiyyatını canlandırmaq, mədəniyyətini və elmi sahələri inkişaf etdirmək üçün əhatəli islahatlar həyata keçirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

“Müstəqilliyin ilk illərində daxili çəkişmələr, Ermənistanın hərbi təcavüzü, erməni separatizmi fonunda xalqımızın ümid yeri yenə də məhz Ulu Öndər oldu. O, Azərbaycanı çətin və bir o də qədər mürəkkəb dövrdən keçirərək ölkəni məhv olmaqdan xilas etdi. Ümummilli Liderin inkişaf strategiyası əsasında birinci mərhələdə dövlətçilik institutu yaradıldı, ictimai-siyasi sabitlik əldə edildi, sonrakı mərhələdə isə siyasi sabitliyin güclü, etibarlı iqtisadiyyata keçidi təmin olundu”,-deyə o bildirib.

Deputatın sözlərinə görə, Ulu Öndərin müdrikliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan qlobal müstəvidə tanınmış dövlətlərdən biri kimi, beynəlxalq münasibətlərdə aktiv iştirak etməyə başladı. Onun strateji baxışı, enerji siyasəti və bu istiqamətdə irəli sürdüyü layihələr nəticəsində Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Ümummilli Liderin ideologiyası müstəqil Azərbaycanın gələcəyinin təminatı, milli birliyin və bərabərliyin qorunması, həmçinin ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onun siyasi irsi bu gün də Azərbaycanın inkişafında və müasir strategiyaların formalaşmasında öz əksini tapmaqdadır. Ulu Öndərin əbədiyaşar ideyaları və irsi bizlərə istiqamət verir.

seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri