Icma.az
close
up
RU
Deputat: “Vətəndaşı problemin həlli maraqlandırır, sayı yox...”

Deputat: “Vətəndaşı problemin həlli maraqlandırır, sayı yox...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bu gün müzakirə etdiyimiz dəyişikliklər vətəndaşların müraciətləri ilə bağlı sistemin elektronlaşmasını nəzərdə tutur və biz bu məsələni yalnız texniki yenilik kimi deyil, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətini köklü şəkildə dəyişəcək bir fürsət kimi dəyərləndirməliyik”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, söhbət Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daxil olan müraciətlərin sadəcə qəbulundan getməməlidir:

“Əsas məsələ ondan ibarətdir ki, bu müraciətlər vahid platformada toplanmalı, onların bütün hərəkət trayektoriyası izlənilə bilməlidir. Vətəndaşın hansı quruma müraciət etdiyi, həmin müraciətin hansı mərhələlərdən keçdiyi, kim tərəfindən necə cavablandırıldığı və nəhayət, hansı nəticə ilə yekunlaşdığı açıq və şəffaf şəkildə görünməlidir.

Bu gün biz daha çox rəqəmlərlə danışırıq. Dövlət orqanları daxil olan məktubların sayını təqdim edir, statistik göstəricilər önə çəkilir. Amma vətəndaşı maraqlandıran əsas məsələ məktubun sayı deyil, onun taleyidir. 

Neçə müraciət real həllini tapıb, neçə vətəndaşın problemi müsbət nəticələnib, hansı hallarda məsuliyyət bir qurumdan digərinə ötürülərək uzadılıb?

Məhz bu suallar cavabını tapmalıdır.

Əgər biz bütün prosesi vahid sistem üzərindən izləyə bilsək, artıq söhbət formal hesabatdan yox, real nəticədən gedəcək. Bu zaman hər bir dövlət orqanının fəaliyyəti konkret ölçülə biləcək, məsuliyyət dəqiq müəyyən olunacaq və heç kim müraciətin taleyindən kənarda qala bilməyəcək. 

Bu yanaşma həm də vətəndaş məmnunluğunu ölçmək üçün bizə real alət verəcək”.R.Nurullayev əlavə edib ki, əslində burada əsas dəyişiklik idarəetmə fəlsəfəsindədir. Biz sayın deyil, keyfiyyətin, prosesin deyil, nəticənin üstün olduğu bir sistem qurmalıyıq:

“Vahid platforma vasitəsilə müraciətlərin tam izlənməsi təmin olunsa, bu, həm şəffaflığı artıracaq, həm məsuliyyəti gücləndirəcək, həm də vətəndaşların dövlətə olan inamını daha da möhkəmləndirəcək.

Hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar yalnız texnoloji yenilik olmayacaq, eyni zamanda daha ədalətli, daha cavabdeh və daha effektiv idarəetməyə keçidin əsasını qoyacaq”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri