Deputat vətəndaşı təhqir etdi: “Sizin kimi danabaşlar...”
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə vətəndaş arasında qalmaqal yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, deputatın köməkçisi Əjdər Əliyev öz “Facebook” səhifəsində Fazil Mustafanın mərhum prezident Əbülfəz Elçibəylə bağlı təəssüratlarından bəhs etdiyi müsahibəsindən bir hissə paylaşıb.
Sözügedən statusa rəy bildirən Yadulla Mədətov adlı izləyici “mən biləni hətta, ruhu şad olsun oğlunuza rəhmətlik Elçibəyin adını qoymuşdunuz. Sonra nə oldu ki, Elçibəy yolundan döndünüz” sözlərini yazıb. Şərhdən hiddətlənən deputat izləyicini təhqir edib və onu “danabaş” adlandırıb: ShopByBro
“Sizin kimi danabaşlar o qədər çoxaldı ki, o yolla Azərbaycana fayda vermək mümkün olmadı”.
Parlamentarinin cavabı digər izləyicilərin də etirazına səbəb olub.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən deputat vətəndaşı təhqir etdikdə ona intizam, cinayət və mülki tədbirlər tətbiq oluna bilər. Etik davranış qaydalarının pozulması Milli Məclisin İntizam Komissiyasında araşdırılır və nəticədə xəbərdarlıq, qınanma, kobud pozuntu halında isə mandatdan məhrumetmə məsələsi qaldırıla bilər.
Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, kütləvi çıxışda, mediada və ya internetdə təhqir halında 1000–1500 manat cərimə, 240–480 saat ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə nəzərdə tutulur, lakin cinayət başında yaxalanma istisna olmaqla, deputatın cinayət məsuliyyətinə cəlb olunması üçün Baş prokurorun təqdimatı ilə Milli Məclisin razılığı (toxunulmazlığa xitam verilməsi) tələb olunur.
Bundan əlavə, vətəndaş toxunulmazlığın ləğvi tələb olunmadan Mülki Məcəllənin 23-cü maddəsi üzrə məhkəməyə müraciət edib təkzib, üzr istənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Baxış sayı:26
Bu xəbər 21 Noyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















