Icma.az
close
up
RU
Vətəndaşı metronun zərəri yox, xidmətin keyfiyyəti maraqlandırır İqtisadçıdan Bakı metrosu ilə bağlı TƏKLİF

Vətəndaşı metronun zərəri yox, xidmətin keyfiyyəti maraqlandırır İqtisadçıdan Bakı metrosu ilə bağlı TƏKLİF

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bakı Metropoliteni” QSC-nin yığılmış zərəri 3 milyard manatı keçib, illik zərər 82% artıb. Gedişhaqqının 50 qəpikdən 60 qəpiyə qalxması da zərəri azalda bilməyib.

Bu barədə metropilitenin maliyyə hesabatında qeyd edilib.

Bəs bu səbəbə görə bakı metrosunda yenidə gedişhaqqı artırıla bilərmi?

Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova təklif edir ki, müəyyən sahələr və müəyyən dövlət qurumları, hətta dotasiya almasına baxmayaraq ili mənfəətlə deyil, zərərlə başa vuran qurumlar özəlləşdirilməyə getsin:

"Çünki məlumdur ki, dotasiyalar yerli vergilər və xüsusilə də dövlət büdcəsi hesabına ödənilir. Bu isə o deməkdir ki, ya vətəndaşların ödədiyi vergilər, ya da neftdən əldə olunan gəlirlər hesabına bu qurumlara maliyyə dəstəyi verilir. Lakin ildən-ilə dotasiyaların həcmi artsa da, eyni zamanda qiymətlər yüksəlsə də, xidməti keyfiyyət vətəndaşları qane etmir və faktiki olaraq dəyişməz qalır. Qiymət artımı zamanı vətəndaşlara differensiallaşdırmanın tətbiq edildiyi bildirilsə də, buna baxmayaraq narazılıq qalmaqdadır. Müxtəlif dövrlərdə qurumlar tərəfindən açıqlamalar verilir ki, guya onlar zərərlə işləyir".

Müsahibimizin fikrincə, siravi vətəndaş üçün qurumun mənfəətlə, yoxsa zərərlə işləməsi o qədər də maraqlı deyil:

"Vətəndaşı narahat edən əsas məsələ növbəti ildə qiymətlərin artıb-artmayacağıdır. Təlaş və panika yaradan məhz bu sualdır. Vətəndaşı maraqlandıran əsas məsələ xidməti keyfiyyətdir. Hesab edirəm ki, qurumlar mənfəət və zərər göstəricilərini açıqlamaqdan daha çox, xidməti keyfiyyətlə bağlı gördükləri işləri ictimaiyyətə təqdim etməlidirlər. Bu məqsədlə brifinqlər keçirilə, mətbuat nümayəndələri qarşısında hesabat verilə bilər. Məsələn, dövlət büdcəsindən nə qədər dotasiya ayrılıb, qiymət artımı nəticəsində nə qədər gəlir əldə olunub, həmin vəsait hansı avadanlıqlara, hansı xidmətlərə, hansı ölkədən alınmış məhsullara xərclənib. Bütün bunlar konkret rəqəmlərlə açıqlanmalıdır. Mən iqtisadçı olaraq bunu daha şəffaf və daha ədalətli hesab edirəm. Çünki vətəndaş bilməlidir ki, onun cibindən çıxan vəsait, dolayısı ilə neft gəlirləri və ya vergi ödəmələri hesabına ayrılan maliyyə hansı məqsədlərə yönəldilib və necə xərclənib".

İqtisadçı qeyd etdi ki, bəzi qurumların özəlləşdirilməyə getməsi həm sahibkarlıq subyektlərinin inkişafı, həm rəqabət mühitinin formalaşması, həm də qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir.

"Dövlətin prioriteti artıq qeyri-neft sektorudur və biz bəzi sahələri neft gəlirlərindən asılılıqdan tamamilə ayırmalıyıq. Neftdən əldə olunan gəlirlərin isə başqa investisiya layihələrinə yönəldilməsi və gəlir gətirən mexanizmlərlə dövlət büdcəsinə qaytarılması daha məqsədəuyğundur. Çünki bu gün müəyyən qurumların inkişafı və təkmilləşdirilməsi üçün vəsait ayrılmasına baxmayaraq, onlar ili yenə də zərərlə başa vurur və bu zərərin həcmi ilbəil artır. Bundan əlavə, digər bir problem qurumların tək vahid şəkildə idarə olunması ilə bağlıdır. Özəlləşdirmə olarsa, məsələn, Bakı metrosu bir şirkət, Sumqayıt qatarı başqa şirkət, şəhərlərarası və elektrik qatarları isə ayrı-ayrı şirkətlər tərəfindən idarə oluna bilər. Bu isə rəqabət mühitinin yaranmasına səbəb olar. Təbii ki, bütün bunlar dövlət nəzarəti altında həyata keçirilməlidir. Belə olan halda həm rəqabət mühiti formalaşar, həm şəffaflıq və ədalət artar, həm də dotasiya şəklində ayrılan vəsait başqa sahələrə yönəldilərək əlavə gəlir mənbələri yaradıla bilər", - deyə Günay Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri