Deputat xəstəxanalardakı uzun növbələri TƏNQİD ETDİ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"ASAN xidmətin" fəaliyyəti və xüsusilə də elektron növbə sistemi uzun illərdir ki, nöqsansız işləyir. Amma bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanmış rəqəmsal həllərə üstünlük versək, daha yaxşı olar.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, xəstəxana və poliklinikalarımızda da elektron növbə sistemlərinin tətbiqi gecikir: “Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. "Mygov" platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















