Icma.az
close
up
RU
Deputatdan artan qiymətlərlə bağlı AÇIQLAMA Bu il...

Deputatdan artan qiymətlərlə bağlı AÇIQLAMA Bu il...

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2024-cü ilin dekabrında ərzaq məhsullarının qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. Bu hesablamanı Dövlət Statistika Komitəsi həyata keçirib. Komitənin açıqladığı məlumatdan aydın olur ki, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətlərində müşahidə olunub.

Ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Azərbaycan hökuməti 2025-ci ilin dövlət büdcəsi layihəsində cari il üçün 4,6 faizlik inflyasiya proqnozlaşdırıb. Mərkəzi Bank isə 2025-ci ildə inflyasiyanın 5,8 faiz olacağını gözləyir.

Qeyd edək ki, qlobal bazarlarda ərzaq qiymətləri ötən ilin ikinci yarısında müəyyən artım nümayiş edirib. Bu artım dekabrda cüzi azalma ilə əvəzlənib. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) məlumatına görə, qlobal ərzaq qiymətləri indeksi(IFPI) 2024-cü ilin dekabr ayında 0,6 bənd (0,5 faiz) azalaraq 127,0 bənd təşkil edib. İndeksin dəyəri keçən ilin müvafiq göstəricisindən 8,0 bənd (6,7 faiz) yüksək olsa da, 2022-ci ilin mart ayında qeydə alınan pik səviyyəsindən 33,2 bənd (20,7 faiz) aşağıdır. 2024-cü ilin sonunda IFPI-nin ümumi dəyəri 122,0 bal təşkil edib ki, bu da 2023-cü ilin orta göstəricisindən 2,6 bənd (2,1 faiz) aşağıdır.

Qlobal Taxıl Qiymətləri İndeksi dekabrda noyabrla müqayisədə az dəyişərək orta hesabla 111,3 bənd təşkil edib. Bu, keçən ilin dekabrından 11,5 bənd (9,3 faiz) aşağıdır. Dekabrda buğdanın ixrac qiymətləri dəyişməyib. Argentina və Avstraliyadan bol məhsul yığımı mövsümü qlobal tələb və təklifin zəif artması fonunda qiymətləri aşağı çəkib. 

FAO Bitki Yağı Qiymətləri İndeksi dekabrda orta hesabla 163,3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,9 bənd (0,5 faiz) aşağı, lakin hələ də ötən ilin dekabrındakı səviyyəsindən 33,5 faiz yüksəkdir. Qeydə alınmış cüzi azalma, ilk növbədə, palma yağının mülayim qiymət artımı fonunda soya, kolza və günəbaxan yağlarının qiymətlərinin azalması ilə əlaqədardır. 2024-cü ilin sonunda qlobal təklifin azalması fonunda FAO Bitki Yağı Qiymət İndeksinin dəyəri 138,2 bənd təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 11,9 bənd və ya 9,4 faiz yüksəkdir.

FAO Ət Qiyməti İndeksi dekabrda orta hesabla 119,0 bənd təşkil edib ki, bu da noyabrdan 0,5 bənd (0,4 faiz) çoxdur; Beləliklə, bu indeks üç aylıq davamlı enişdən sonra artım göstərib. Cari səviyyədə bu indeksin dəyəri ötən ilin müvafiq dövrünün səviyyəsindən 7,9 bənd (7,1 faiz) yüksək olub. Ət Qiyməti İndeksi 2024-cü ildə orta hesabla 117,2 bənd təşkil edib ki, bu, 2023-cü ildən 3,1 bənd (2,7 faiz) çoxdur. Bu da dünyada istehsalın yavaşlaması fonunda əsas ət idxal edən ölkələrdən güclü idxal tələbini əks etdirir. Bu tendensiya mal əti, quzu və quş əti üçün orta qiymətlərin artmasına səbəb olub, donuz ətinin orta qiymətləri isə xüsusən də Çindən zəif idxal tələbinə görə azalıb.

Qlobal Süd Məhsulları Qiymət İndeksi dekabrda orta hesabla 138,9 bənd təşkil edib ki, bu da noyabrla müqayisədə 1,0 bənd (0,7 faiz) azalma deməkdir. Beləliklə, bu indeksin dəyərində 7 aylıq davamlı artımdan sonra ilk azalma qeydə alınıb, lakin indeks ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 bənd (17,0 faiz) yüksək olaraq qalıb. Süd Qiyməti İndeksi 2024-cü ildə orta hesabla 129,6 bənd təşkil edib ki, bu da 2023-cü il səviyyəsindən 5,8 bənd (4,7 faiz) çoxdur. Bu artım, ilk növbədə, dünyada tələbatın artması və gözlənilməz hava şəraitinin istehsala mənfi təsir göstərməsi nəticəsində ixrac tədarükünün azalmasına görə kərə yağının qiymətindəki sıçrayışla bağlıdır.

Dekabrda FAO Şəkər Qiymət İndeksi orta hesabla 120,0 bənd təşkil edib ki, bu da noyabrdan 6,4 bənd (5,1 faiz) aşağıdır. Bu indeksin dəyəri artıq ikinci aydır ki, azalır və nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 bənd (10,6 faiz) aşağıdır.

FAO Şəkər Qiymət İndeksi 2024-cü ildə orta hesabla 125,8 bənd təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 19,2 bənd (13,2 faiz) aşağıdır. Əsas səbəbi il ərzində Braziliyadan rekord ixrac və 2024-2025-ci illər mövsümündə qlobal tədarük üçün əlverişli proqnozdur.

Yeni ilin başlanğıcında Azərbaycanda qaz, elektrik enerjisi və istilik haqqının artırılmasından sonra daxili bazarda qiymətlərin, xüsusilə də ərzaq məhsulları üzrə ciddi artacağı gözlənilir. İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, əgər yanacaq və digər tariflər də artırılmasa, bu qərarın 1,5 faizə yaxın əlavə inflyasiya yarada biləcəyi real görünür: “Yəni məsələn, bu artımlar olmadan Mərkəzi Bank 4-4,5 faiz inflyasiya gözləyirdisə, artımlar nəticəsində həmin rəqəm 5,5-6 faizə yüksələcək güman ki. Əgər yanacaq qiymətləri də artırılarsa, şərtlər dəyişəcək əlbəttə, yəni təsir daha böyük olacaq”.

Onu da bildirək ki, ötən il Azərbaycanda strateji məhsulların bazarının monitorinqini nəzərdə tutan qanunverici baza yaradılıb. Nazirlər Kabineti dekabr ayında “Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları”nı təsdiqləyib. Bildirilir ki, monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.  Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış Agentlik tərəfindən tərtib edilir və hər ayın 15-dək Nazirlər Kabinetinə  təqdim edilir.

Kəskin qiymət dəyişməsi pərakəndə satış qiymətinin son 10 (on) gün müddətində 10 (on) faizdən çox dəyişməsi;   həmçinin qiymət dəyişməsinin 1 (bir) aydan çox olmayan müddətdə davam etməsi ehtimalının olması halları hesab edilir və onun qarşısının alınması üçün tədbirlər həyata keçirilir. 

Bundan əlavə, dekabrın sonunda Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydaları”nı təsdiqləyib. Qayda dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir. 

Müvafiq qanunvericiliyə əsasən dövlət ehtiyatları olaraq əsas ərzaq məhsullarının minimum 90 günlük ehtiyatlarının yaradılmasını nəzərdə tutur. 

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun dediyinə görə, Nazirlər Kabinetinin son qərarı ilə strateji, fövqəladə və səfərbərlik ehtiyatrları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edilib: “Dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır. Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.

Yeni qaydaların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək".

Bir məsələni də qeyd etməyə dəyər ki, Azərbaycanda əsas ərzaq məhsulları ilə təminatda böyük ölçüdə idxaldan asılıdır. İdxal, eyni zamanda daxili bazarda pərakəndə satış inhisarçı qrupların əlində cəmləşdiyinə gorə qiymətlər davamlı olaraq artır. Buna görə də 2025-ci ildə də ərzaq qiymətlərinin bahalaşması gözləniləndir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri