Icma.az
close
up
RU
Deputatdan küçə adları ilə bağlı təklif: “Mikayıl Müşfiqin adına 4 5 küçə var”

Deputatdan küçə adları ilə bağlı təklif: “Mikayıl Müşfiqin adına 4 5 küçə var”

Icma.az, Modern.az saytına istinadən bildirir.

“İçində olduğumuz oktyabr ayının hər anı Zəfər salnaməmizdə əks olunaraq, şanlı tariximizin qızıl hərflərlə yazılmış səhifələrini təşkil edir. 44 günlük Vətən müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də əziz şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı müəyyən boşluqlar qalmaqdadır”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib. 

O qeyd edib ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi həm onların ailələri, həm də ictimaiyyət tərəfindən daim müzakirə olunan mühüm məsələdir.

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu mövzuya ən yüksək tribunalarda, o cümlədən BMT Baş Assambleyasının 80-ci sessiyasında və Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Sammitində çıxış edərək, şəhidlərimizin xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağını vurğulayıb. Bu gün müzakirə edilən qanun layihəsində təklif olunan dəyişikliklərdən də göründüyü kimi, “Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya adlarının dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını gün müddətində məlumatlandırır. Bu baxımdan hesab edirəm ki, sözügedən dəyişikliklərin qəbul olunması mövcud problemlərin həllinə ciddi töhfə verəcək” – deyə o qeyd edib. 

M. İbrahimqızının sözlərinə görə, son yüz il ərzində, xüsusilə Bakı şəhərində küçələrin adlandırılmasında müəyyən boşluqlar və ziddiyyətlər müşahidə olunur:

“Bakı vahid inzibati ərazi vahidi olsa da, elə şəxsiyyətlər var ki, onların adları şəhərin müxtəlif rayonlarında 3-4 dəfə əbədiləşdirilib. Şübhəsiz ki, Azərbaycanda Heydər Əliyev kimi elə tarixi şəxsiyyətləri mövcuddur ki, onların adları ölkəmizin hər bölgəsində yaşadılmalıdır. Lakin bu kimi istisna hallar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumları Bakının bütün küçə, prospekt və meydanlarının adlarını yenidən nəzərdən keçirməlidirlər”.

“İnternetdə Bakı şəhərinin küçə, prospekt və meydanlarının adları üzrə aparılan monitorinqlər də göstərir ki, bu sahədə hələ də kifayət qədər boşluqlar qalmaqdadır. Mikayıl Müşfiq hər birimizin sevdiyi şair olsa da, şəhərdə onun adına 4-5 küçə var” – sonda o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri