Icma.az
close
up
RU
Mikayıl Müşfiqin qohumunun əsəri Mətn

Mikayıl Müşfiqin qohumunun əsəri Mətn

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Teleqraf.com mərhum şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadənin (Dağlı) "İnsanla təbiətin bəhsi" poemasını ixtisarla təqdim edir:

Bir gün dalıb xəyala, insan oğlu, öyündü,
Əməli ilə fəxr edib, qürrələnib, söyündü.
Bax bir məndəki gücə, hünərə, cəsarətə,
Yeri, göyü fəth edib, almışam əsarətə.

Başım üstə səmalar, ayağım altında yer
Günəş, ay həsrət ilə məni etmədədir seyr.
Zəbt elədim çünki mən onların hər birini
Onlara qonaq oldum, öyrənərək sirrini.

Elə bir şey düşünüb, gərək, məm icad edəm,
Ən uzaq ulduzların birinə qonaq gedəm.
Əminəm, yüksəklərə qalxmağa var qüdrətim,
Hər şeyə qadirəm mən, tükənməzdi qüvvətim.

“İnsan” ... “İnsan” hamıya bəllidir bu ayəmiz,
Torpaqdır beşiyimiz, təbiətsə dayəmiz.
Mən olmasam, bəs kimə gərək olar günəş, ay?!
Kimdən feyz alacaq bəs qış, payız, bahar, yay?!

Təbiət qüssələnib insan övladı üçün
Fəsilləri dəyişib, qarışdıracaq bütün.
Bu vaxt təbiət özü dil açıb dilə gəldi,
Dedi: - “Ey insan sənə xas olmayan əməldi”.

Bu boyda yer kürəsin tanrı sənə etdi pay,
Nə yaxşı iş görmüsən, gəl otur birəbir say.
İnsan:
“Əvvəla, ey təbiət, mən səni abad etdim,
Sən yetirən zinəti, bircə-bircə ad etdim.
Özün bilirsən, nələr qurmuşam bu əlimlə,
Səni gözəlləşdirib, yaşatdım əməlimlə.
Nədən narazısan ki, sən məni qınayırsan,
İnsafsızlıq edibsən, bəlkə də sınayırsan?!”
Təbiət:
“Nə yaxşılıq etmisən, ey insan bu vaxtadək?!
Sənin əməllərindən zara gəlibdir fələk,
Mübahisə eyləmə insafdan, mənimlə gəl,
Mənim bu təklifimdən razı ol, eylə əməl”.
İnsan dedi: - “Yox, dayan! Gəl ayırd edək bunu,
Söylə, mən nə etmişəm, tapdamışam qanunu?!”
İnsan:
Dağlar, qayalar yarıb mən yol çəkdim,
Və dağlar əvəzinə, əkinlər əkdim.
Qayadan daş kəsib, binalar tikdim.
İnsandır insafsız, yoxsa təbiət?!
Təbiət:
Köksümdə qubarlar yetişib, şişdi,
İnsan da qubarıma dağ deyib deşdi.
Yaramın közünü qoparıb, eşdi,
İnsandır insafsız, yoxsa təbiət?!
İnsan:
Böyük dənizlərdə mən lövbər atdım,
Buruqlar kəşf edib, mədən yaratdım.
Ən dərin yataqlardan neft çıxardım,
İnsandır insafsız, yoxsa təbiət?!
Təbiət:
Neft deyib, qanımı sordun bir cürə,
Hər gizli damarımı oydun bir cürə,
Suyu yaman günə qoydun bir cürə,
İnsandır insafsız, yoxsa təbiət?!
İnsan:
Torpaqdan əridib düzəltdim dəmir,
Süxurlar qazıyıb çıxartdım kömür.
Bu işə sərf etdim, bütöv bir ömür,
İnsandır insafsız, yoxsa təbiət?!
Təbiət:
Gündə bir növ zülm icad eylədin,
Məni hər zinətə bir ad eylədin.
Yaralı köksümü bərbad eylədin,
İnsandır insafsız, yoxsa təbiət?!
İnsan:
Əsrlər boyu sirr saxlarsan, yenə,
Göylərdə qapıları açmırsan mənə.
O sonsuz fəzalar nə gərək sənə?
İnsandır insafsız, yoxsa təbiət?!
Təbiət:
Qollara güc verdim, beyinlərə təb,
Özümə nə qaldı, təlatüm, əsəb.
İndi sən nəfəsmi edirsən tələb
İnsandır insafsız, yoxsa təbiət?!
Təbiət:
Məni məhv etməyə eylədin adət,
Bütün var-yoxumu eylədin qarət.
Qolumda-qıçımda qoymadın taqət,
İnsandır insafsız, yoxsa təbiət?!

Köksümə yaralar vurdun dinmədim,
Damarımdan, qanı sordun, dinmədim.
Məni maşınlarla yordun dinmədim
İnsandır insafsız, yoxsa təbiət?!
Yaxşı, məni şikəst etməyin nədir?!
Hər bir məqsədinə yetməyin nədir?
Bəs insan, insanı didməyin nədir?
İnsandır insafsız, yoxsa təbiət?!
Eşit, bil ey bədbəxt, biçarə insan!
Yadından çıxarma bunu heç zaman
Xaliq bəxş edəndən səni həyata
Başlanmış torpaqda bəla və xəta
Canlını, cansızı şikəst eylədin,
Axır, öz-özünə də qəsd eylədin.

Bilmək istərsənsə sözün düzünü,
Çox gülünc bir günə qoydun özünü.
Uydun şan-şöhrətə, qapıldın hissə,
Ayırdın özünü bir neçə hissə.
Saldın aranıza nifaq və zillət,
Çıxardız araya bir neçə “millət”.
Mən özüm məəttələm kamalınıza,
Daima yanıram sizin halınıza
Ey bədbəxt insanlar! Eşidin məni!
Siz zarə gətirdiz bütün “kürrəni”.
Kainat sizinçün sirr olmayıbmı?!
Məgər əcəliniz bir olmayıbmı?!
Babanız “ilk insan Adəm” deyilmi?!
“İnsanlar” insanla həmdəm deyilmi?!
Cisim bir qanınız bir qan deyilmi?!
Məgər vahid millət “İNSAN” deyilmi?!
İnsan:
Tutaq ki, bilmirəm mən qiymət, qədir,
De: “İnsan” kəlamının mənası nədir?!
Təbiət:
Sənə bu mənanı bilmək gərəkdir,
Adınsa, “torpağa gübrə” deməkdir.
Xuda xəlq eyləmiş torpaqdan səni
Məgər bu quruluşu bilmirsən, yəni?!
Ey insan! Sən bunu neyçün danırsan?!
Torpaq sənin deyil, sən torpağınsan!!!
Əgər yeri bölmək cürətin varsa,
Günəşə çatmağa qüdrətin varsa,
Qalx göyə, arzuna tezliklə də çat,
Günəşdən bir çəngə payını qopart.
Elə et, payın tək səni isidsin,
Cahanda gül-çiçək səninçün bitsin.
Tezliklə muradın olarsa hasil,
Ayrıca günəşin də olacaq, bil!
İnsan:
Yaxşı, insan sözün nədirsə bildim,
Bəs nə üçün xəlq olub, dünyaya gəldim?!
Təbiət:

Sənintək yaratmış Allah!
Tək odur hər sirrindən xəbərdar, agah
Məsləhət görübmüş ki, yaranaq biz,
Bütün yer kürəsini yaşadaq biz.
Madam ki, biz varıq, gəl ömür sürək,
Bu geniş dünyanı, həm xoşbəxt görək.
Yaşasın insanla, təbiət həmrək,
Bir-birin yıxmağa göstərməyək səy.
Sən gəl “İnsanlığı” eylə ki, bərpa
Kökün kəsilməsin qalmayım tənha.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:352
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 19 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri