Icma.az
close
up
RU
Deputatdan sülh müqaviləsi açıqlaması: Burada əsas şərt...

Deputatdan sülh müqaviləsi açıqlaması: Burada əsas şərt...

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir". 

Bu fikri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. 

Onun sözlərinə görə, 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi ilə böyük tarixi dövr başa çataraq, başqa bir tarixi dövr başladı. 

“Başa çatan tarixi dövr, şübhəsiz ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün sona çatması idi və Ermənistanın işğalçı siyasətinə son qoyulması, eyni zamanda, regionda ədalətli yolun başlanğıcı idi. Məhz Şuşa zəfərindən bir gün sonra Ermənistan özünün kapitulyasiyasını elan edərək, üçtərəfli Bəyanata imza atdı. 

Bundan sonrakı dövrdə də Azərbaycanın əldə etdiyi iki böyük qələbə var ki, 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, əks həmlə ilə düşmənin əlində olan bütün zirvələri işğaldan azad etdi və o zirvələrdə məhkəmlənərək, Azərbaycan Respublikasının Sərhədlərini müəyyən etmiş oldu", - deyə o vurğulayıb. 

Deputat vurğulayıb ki, bir il sonra - 2023-cü ilin 19  sentyabr tarixində başlanan, cəmi 23 saat davam edən antiterror əməliyyatı nəticəsində isə erməni terrorçu dəstələri məhv edildi və Azərbaycanın suverenliyi tam təmin olundu. 

"Bu Azərbaycan dövləti və xalqı üçün çox böyük əhəmiyyətli tarixi hadisələrdir. Eləcə də yüzillərin tarixinə əbədi yazılacaq bir əlamətdar hadisələrdir. Eyni zamanda, Azərbaycanın zəfəri regionda bütövlükdə öz təsirini göstərək yeni bir reallıqları müəyyən etmiş oldu. 

Bu, birinci reallıqdır ki, haqq-ədalət həmişə öz yerini tapır və ədalətin bərpa olunması üçün güclü olmalısan. Digər tərəfdən, Azərbaycan qardaş Türkiyə ilə birlikdə regionun titul xalqı olduğunu sübut etdilər və region dövlətləri ilə əməkdaşlığı da məhz iki dövlət təmin və təklif etdi etdi. Bu təklifə görə, "5+1", "3+3" olmaqla 6 region dövlətin bir platformada əməkdaşlığı üçün siyasi və iqtisadi şəraitin yarandığına töhvə verdi.

Azərbaycan prezidenti tərəfindən, eyni zamanda Türkiyə prezidenti tərəfindən dəfələrlə bu fikirlər səslənib", - deyə o əlavə edib. 

Deputat təəssüflə bildirib ki, müxtəlif iqtisadi və siyasi maraqlar baxımından Gürcüstan və İran bu təkliflərə birmənalı cavab verməyib: 

"Amma zamanla bu təkliflər, artıq reallaşacaq. Burada əsas şərt şübhəsiz ki, Ermənistanla davamlı böyük sülh müqaviləsinin imzalanmasıdır ki, artıq regionda müharibənin tam bitməsi, regionda müharibə təhlükəsinin aradan qaldırılmasını rəsmiləşdirməkdir. Ondan sonrakı dövrdə əməkdaşlıq, region üçün, eyni zamanda böyük Avrasiya üçün əhəmiyyətli dəhlizin işə düşməsi, Zəngəzur dəhlizi də daxil olmaqla, artıq region dövlətləri istər-istəməz sıx iqtisadi inteqrasiyada olacaqlar".

Deputatın sözlərinə görə, Ermənistanın dəfələrlə bildirib ki, güya onlar sülh müqaviləsinə hazırdır: 

"Ancaq hər dəfə bir bəhanə ilə müqaviləni imzalamaqdan boyun qaçırır. Bunun bir çox səbəbləri var, Ermənistanda dövlət formal olaraq müstəqildir, erməni xalqının iradəsi əsasında seçilən insanlar ölkəni idarə etmir. Orda yetəri qədər müxtəlif təsirlər var, o cümlədən erməni diasporunun təsiri var. Çünki Ermənistan konfliktlərdən uzaq bir sülh yolu tutmuş dövlət olacaqsa, demək olar həmin erməni diasporunun heç bir fəaliyyəti qalmayacaq. Əslində, erməni diasporunun yaradılmasında məqsəd güya ki, "Böyük Ermənistan" ideyası idi, bu ideya da qonşu dövlətlərdən əraziləri qopardaraq, özünə birləşdirmək və bütövlükdə isə regionda təxribatçı bir qurumun olması ideyası idi. Buna görə də diaspor müxtəlif təsirlər edir. Eyni zamanda Fransa bölgəyə nəyin bahasına olursa-olsun daxil olmaq və həmin ölkənin sərvətlərini yiyələnməyi tam açıq firmada ortaya qoyub". 

M.Quliyev qeyd edib ki, ABŞ-da da demokratlarin hakimiyyətdə olduğu dövrdə həmişə seçki kampaniyasınanın maliyyələşməsində erməni diasporunun büyük rolu olub. 

"Bu mənada, ABŞ-dakı hakimiyyət dəyişikliyi Donald Trampın hakimiyyətinə ciddi təsiri olmayacaq. Ona görə də yeni sülh platformasının reallaşmasına ciddi imkanlar yaranıb, bu ilin sonuna qədər ilkin variantda da olsa sülh müqaviləsinin ortaya çıxmasına şahidlik edə bilərik. Burda ciddi məsələ Ermənistan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı mövqeyinin dəqiqləşdirilməməsidir. Çünki orda yeni fikirlər ortaya çıxıb ki, biz bu addımı atmalıyıq və müəyyən məsələlərdə yeniliklərə imza atmalıyıq, o cümlədən ərazi iddialarından da əl çəkməliyik. Təbii ki, belə bir fikirlər var, ancaq hakimiyyət elitasında bu mövqeyi görmürük. 

Ümumilikdə Azərbaycanın qələbəsi, Azərbaycanın daha da güclənməsi regionun ab-havasına təsir göstərməkdədir. Buna inanırıq ki, yaxın zamanda Azərbaycanın təklif etdiyi "3+3" platforması işə düşəcək və regiona sülh, əməkdaşlıq, inkişaf gətirəcək”.

Ağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri