Icma.az
close
up
RU
Deputatdan sülh müqaviləsi ilə bağlı mühüm açıqlama

Deputatdan sülh müqaviləsi ilə bağlı mühüm açıqlama

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Axar.az Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Orucun Teleqraf-a müsahibəsini təqdim edir:

- Zahid müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunsa da, tərəflər hələ də yekun sazişlə bağlı masaya oturmayıblar. Prosesin ləngidilməsi sülh şanslarının itirilməsi ilə nəticələnə bilərmi?

- Hər bir halda açıq platformalardakı görüşlər əvvəlki intensivlikdən qat-qat azalıb. Bu isə müəyyən bir göstəricidir. Belə olan halda reallıq, işarələr və mesajlar bizə ipucları verir, imkanlar yaradır. Danışıqlar hazırda xüsusi müddəaların üzərində belə davam etmir. Hətta bəziləri onu baza sazişi, çərçivə müqaviləsi adlandıra bilərdi. Bir müddət bu məsələlərin üzərində iş getdi. Azərbaycanın hərbi siyasi iradəsi, Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyində bu, diplomatik masaya daşındı. Görünən mənzərə ondan ibarət oldu ki, həqiqətən də döyüş meydanlarındakı kimi burada da öz mövqeyimizi uğurla təmsil edə bilirik. Təəssüflər olsun ki, belə bir hal Azərbaycan tarixində yaşanmayıb. Biz əksər hallarda taleyimizin başqa qüvvələr tərəfindən həll olunduğunu görmüşük. Bəlkə də mümkündür ki, bir azərbaycanlı şəxsin rütbəsindən, ranqından asılı olmayaraq imzalanan sənəddə onun adı keçib, amma əksər hallarda taleyimizi son dərəcə zərbə altında qoyan müqavilələr olub. Ona görə də indiki nəticələri Prezident İlham Əliyev qalibiyyətinin İlham Əliyev müqaviləsinə daşınmağı kimi də xarakterizə eləmək istərdik.

- Sülh prosesinə regional kommunikasiya xəttləri ilə bağlı məsələlərin təsirini necə dəyərləndirirsiniz? İddialar odur ki, İrəvan bu məsələyə əlavə qüvvələr cəlb etmək niyyətindədir…

- Fakt odur ki, Ermənistan tərəfi Zəngəzur məsələlərində prosesi bir neçə qütb, qüvvə, coğrafiyalar, əsasən də ATƏT-in Minsk Qrupunun keçmişdə üzvü olan Fransa və Amerikaya daşımaqla bölgəni beynəlmiləl mənafelərin toqquşması meydanına çevirməyə çalışdı. Bu isə onların növbəti bir xarici siyasi “doktrinası” oldu. Sözsüz ki, bu, qətiyyən təkcə Rusiyadan qopmaq deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi, strateji bir fikir söyləmişdi ki, Ermənistan Qarabağa görə girovdur və özünün xarici siyasətini belə tələdə saxlayır. Sanki əsarətdədir və bu yüz illərdir ki, belədir. Qarabağ azad olanda Ermənistan da müəyyən qədər azad olacaq, beləliklə xarici siyasətini, dövlət idarəçiliyini hansısa paytaxtlarda deyil, məhz öz iradəsinə uyğun qura biləcək. Təəssüflər olsun ki, Ermənistanda bir qütbü digəri əvəz etməyə çalışdı. ABŞ-ın sabiq prezidenti Cozef Bayden Administrasiyası son günlərini yaşadığı vaxtda, yeni Amerika prezidentinin andiçməsindən üç gün əvvəl deklorativ xarakter daşıyan, amma “Ermənistan bizim qanadımız altında olacaqdır” müqaviləsi müttəfiqlik prinsipləri deyilən məsələnin nəticəsi idi. Hətta iddia edirdilər ki, “hərbi, maliyyə cəhətdən orduda müxtəlif islahatlardan sonra yeni quruculuq siyasətlərini biz idarə edəcəyik” kimi bir yanaşma idi.

- Azərbaycan isə İrəvan-Vaşinqton arasındakı məlum razılaşmadan sonra da sülh niyyətindən imtina etmədi…

- Ona görə də hazırda biz deyə bilərik ki, Azərbaycanın sülh danışıqlarında məhz konstruktiv mövqe göstərməsi düzgün bir yanaşma idi. Çünki 2020-ci ildəki Vətən Müharibəsinin şərtlərindən doğan əsas müddəalar tam olaraq yerinə yetirilib qurtarmalıdır. Əslində hər zaman belə bir düşüncə hakimdir ki, sülh müqaviləsi Zəngəzur dəhlizi açıldıqdan sonra mümkün olacaq. Yalnız o halda bu proses inandırıcı xarakter daşıyacaq ki, o sənəddə nəinki Minsk Qrupunun digər məsələlərin də həlli reallaşacaq. Nikol Paşinyan da indi iddia edir ki, Minsk Qrupundan imtina sülh müqaviləsi imzalanmaqla eyni zamanda həyata keçirilə bilər.

- Bununla nəyə nail olmaq istəyirlər?

- İndi sanki Azərbaycanı masaya gətirmək üçün mövqe sərgiləyirlər. Ancaq burada da Amerikanı fəal şəkildə moderatorluğa qatdılar. Xatırlayırsınıza, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Amerikada 5 saatlıq görüşü oldu. Həmçinin Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyində prosesi xeyli irəlilətmək mümkün olmuşdu. Bununla əslində sülh danışıqları sanki müxtəlif paytaxtlara daşınmışdı.

- Amma əsas nəticələr isə tərəflər arasında vasitəçi olmadan əldə edildi. Sülh prosesinin də bu şərtlər çərçivəsində yekunlaşması gözlənilirmi?

- Bu, həqiqətən də belədir. Vasitəçi olmadan prosesi irəli aparmaq şansları artdı. İndi isə delimitasiya prosesində əvvəlki fəallıq özünü göstəmir. Ola bilsin ki, Paşinyan cəmiyyətdən gələn mesajları dərindən hiss edir. Onlar Gümrü və onun çevrəsindəki seçkilərdəki məğlubiyyətlərini ümumxalq nəticələri kimi qəbul etmək istəmirlər. Amma Paşinyana erməni cəmiyyətinin münasibəti ondan ibarət idi ki, Ermənistan nəhayət Qarabağ yükündən azad olunursa, bu prosesi bir qədər də irəli aparsın, Azərbaycan və türk dünyası ilə münasibətləri qursun və bununla da missiyası başa çatsın. Bütün bunların fonunda Azərbaycan öz liderinin strategiyası və iradəsi ilə prosesi düzgün həyata keçirməkdədir. Düşüncəmiz də odur ki, Zəngəzur dəhlizi açıldıqdan sonra sülh müqaviləsinin də imzalanması reallaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri