Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Deputatdan Şvabeyə etiraz: Kimsə Azərbaycanla ultimatum dilində danışa bilməz

Deputatdan Şvabeyə etiraz: Kimsə Azərbaycanla ultimatum dilində danışa bilməz

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropada və dünyadakı bəzi qərəzli, ədalətsiz təsisatların Azərbaycanın son illərdə qazandığı tarixi uğurları qəbul edə bilməməsi artıq heç kimə sirr deyil.

Təəssüf ki, Avropa Şurası və onun Parlament Assambleyası (AŞPA) da bu sırada yer almaqdadır. İllərdir müəyyən Qərb dairələrinin, erməni lobbisinin və anti-Azərbaycan mərkəzlərinin təsiri altında fəaliyyət göstərən bu qurum ölkəmizə qarşı əsassız ittihamların, qərəzli yanaşmaların və siyasi təzyiq cəhdlərinin platformasına çevrilib. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra isə bu qərəzli münasibət daha açıq şəkildə özünü göstərməyə başlayıb. AŞPA-nın ölkəmizə qarşı qərəzli siyasətini hələ də davam etdirdiyini iyunun 24-də keçirilən sessiyada qəbul edilmiş növbəti kağız parçası da bir daha təsdiqləyir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən ölkəmizdə belə bir gözlənti var idi ki, təşkilat beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə obyektiv qiymət verəcək və təcavüzkar dövlətə qarşı adekvat münasibət nümayiş etdirəcək:

“Lakin ötən illərin təcrübəsi göstərdi ki, AŞPA Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə qarşı nə siyasi iradə ortaya qoydu, nə də beynəlxalq hüququn tələb etdiyi mövqeni sərgilədi. Əksinə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, şəhər və kəndlərimizin viran qoyulması, tarixi və dini irsimizin məhv edilməsi kimi faktlar uzun illər bu qurum tərəfindən görməzdən gəlindi. Hesab edirəm ki, bu, beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunələrindən biridir. Çünki Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən biri insan hüquqlarının müdafiəsidir. Lakin Azərbaycanın üzləşdiyi humanitar faciə, yüz minlərlə insanın fundamental hüquqlarının pozulması AŞPA üçün heç vaxt prioritet məsələyə çevrilmədi”.

Deputat bildirib ki, Frank Şvabenin iyunun 24-də AŞPA-da keçirilən müzakirələr zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar da məhz bu qərəzli yanaşmanın davamıdır:

“Azərbaycanda guya siyasi məhbusların olması, media və müxalifətə təzyiqlərin göstərilməsi barədə irəli sürülən iddialar heç bir hüquqi və faktoloji əsasa söykənmir. Azərbaycan Respublikasında qanunun aliliyi prinsipi təmin edilir və hər bir şəxs yalnız konkret hüquqi məsuliyyət əsasında cavabdehlik daşıyır. Bu prinsip dünyanın bütün hüquqi dövlətlərində olduğu kimi, Azərbaycanda da eyni şəkildə tətbiq olunur. Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycana qarşı daim “insan hüquqları” mövzusunda çıxış edən dairələr Ermənistanda baş verən ciddi hüquq pozuntularına münasibətdə tamamilə susqun mövqe nümayiş etdirirlər. Ermənistan həbsxanalarında və məhkəmə sistemində baş vermiş ölüm halları, müxalif siyasi qüvvələrə qarşı təzyiqlər, söz və ifadə azadlığı sahəsindəki problemlər Qərb institutlarının diqqətindən kənarda saxlanılır. Bu isə bir daha sübut edir ki, məsələ insan hüquqları deyil, siyasi məqsədlər və geosiyasi maraqlardır”.

Parlamentari xatırladıb ki, Frank Şvabenin uzun illər ərzində Qarabağ məsələsinə münasibəti də onun qərəzli mövqeyini aydın şəkildə nümayiş etdirir:

“O, işğal dövründə Azərbaycanın tarixi şəhərlərinin dağıdılması, mədəni irsinin məhv edilməsi, yüz minlərlə azərbaycanlının doğma torpaqlarından didərgin salınması barədə bir dəfə də olsun prinsipial mövqe ortaya qoymayıb. Əksinə, o, müxtəlif platformalarda Ermənistanın maraqlarına uyğun çıxışlar edib, hətta Azərbaycan əleyhinə informasiya kampaniyalarının aparılmasında iştirak edib.

Əslində, Azərbaycana qarşı aparılan bu kampaniyaların təşkilatçıları və icraçıları çox yaxşı anlayırlar ki, bu gün ölkəmiz haqqında süni mənfi imic formalaşdırmaq mümkün deyil. Azərbaycan artıq regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, insan hüquq və azadlıqlarının qorunduğu, multikulturalizm və tolerantlıq modelinin uğurlu nümunəsi kimi qəbul edilir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar ölkəmizin davamlı inkişafını təmin edib və Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”.

S.Salmanova vurğulayıb ki, heç həs Azərbaycanla ultimatum və ya diktə dili ilə danışa bilməz:

“Bu gün Avropa Şurasının özü ciddi institusional və siyasi böhran yaşayır. Təşkilatın nüfuzunun azalmasının əsas səbəblərindən biri də məhz ikili standartlar siyasəti, beynəlxalq hüququn selektiv tətbiqi və ayrı-ayrı dövlətlərə münasibətdə qərəzli yanaşmanın nümayiş etdirilməsidir. Əgər AŞPA həqiqətən öz nüfuzunu və etimadını bərpa etmək istəyirsə, o zaman ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli, Azərbaycana qarşı yol verdiyi səhvləri etiraf etməli, Azərbaycan Prezidentindən, dövlətindən və xalqından üzr istəməli, ədalətli mövqe sərgiləməlidir. Hər həs anlamalıdır ki, Azərbaycan bundan sonra da milli maraqlarına, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan müstəqil siyasətini qətiyyətlə davam etdirəcək”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see383

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see351

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see293

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see278

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see269

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see250

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see249

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see244

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see240

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see236

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see222

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see217

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see216

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see193

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see190

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see185

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see185

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri