Icma.az
close
up
RU
Rusiya Azərbaycanla münasibətlərini Abbas Abbasova qurban verə bilməz Deputatdan AÇIQLAMA

Rusiya Azərbaycanla münasibətlərini Abbas Abbasova qurban verə bilməz Deputatdan AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının maraqlarına, mənafelərinə qarşı cinayət törətmiş və yaxud bu kimi əməllərdə şübhəli bilinən heç bir şəxs cinayət təqibindən və təqsiri sübut olunduğu halda isə cəzadan kənarda qalmır. Eyni zamanda heç bir beynəlxalq subyekt bu kimi ictimai təhlükəli xarakter daşıyan əməllərin törədicisinin himayəçisi qismində sonadək özünü doğrultmur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov keçmiş baş nazir müavini Abbas Abbasovun axtarışa verilməsindən danışarkən bildirdi.

Millət vəkilinin sözlərinə görə, Ramiz Mehdiyev barəsində başlanmış cinayət təqibi çərçivəsində araşdırmaların Azərbaycan Respublikasının Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasova uzanması və onun şübhəli şəxs qismində axtarışa verilməsi fonunda da, əminliklə demək olar ki, adıçəkilən şəxsin cinayət təqibindən yaxa qurtarması hər hansı formada mümkün olmayacaq:

"Əgər kimsə Abbas Abbasovun Rusiya tərəfindən himayə olunaraq cinayət təqibindən yayına biləcəyinə dair eyforiyalara qapılırsa, yanılır. Heç şübhəsiz ki, Rusiya aidiyyəti istiqamətdə hüquqi bazisə və əlaqəli müqaviləyə malik olduğu Azərbaycanla münasibətlərini hansısa keçmiş məmura qurban verə bilməz. Ötən ilin dekabrında Azərbaycan təyyarəsinin vurulması ilə əlaqədar müşahidə olunan gərginliyin ardınca Rusiya rəhbərliyinin ən ali səviyyədə Azərbaycandan üzr istəməsi qeyd etdiyimiz arqumentləri daha da gücləndirir. İndiki məqamda Abbas Abbasov vəziyyəti düzgün təhlil etməli və cinayət təqibi orqanları ilə əməkdaşlıqdan yayınmamalıdır. O unutmamalıdır ki, Azərbaycan dövlətinin, o cümlədən istintaq orqanlarının əsas vəzifəsi kimisə cəzalandırmaq yox, törədildiyi ehtimal olunan cinayətlərin törədilib-törədilmədiyini və ictimai təhlükəli əmələ görə şəxsin təqsirli olub-olmadığını müəyyən etməkdir. Bu baxımdan könüllü şəkildə cinayət təqibi orqanlarının çağırışlarına müsbət reaksiya verərək istintaqla əməkdaşlıq etmək ən doğru yoldur və hətta təqsiri məhkəmə qaydasında sübut olunduqdan sonra belə cəza tətbiq edilərkən şəxsin istintaqla əməkdaşlığı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə alına bilər. Qeyd olunan hüquqi imkanları nəzərə almayaraq istintaqdan yayınmaqda davam etməsi Abbas Abbasova müsbət heç nə vəd etmir və hər kəs əmin ola bilər ki, Azərbaycan dövlətinin və vətəndaşlarının mənafelərinə və maraqlarına qarşı cinayət törətmiş hər kəs ədalət mühakiməsi qarşısında cavab verib, layiqli cəzasını alacaq".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri