Icma.az
close
up
RU
İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycan əleyhinə növbəti açıqlama verib. O, “Tahririeh Plus” Yutub kanalında çıxışı zamanı Azərbaycanı da “hədələyib”.

Tehran rəsmilərinin Bakıya dostluq-qardaşlıq mesajları verməsi fonunda iranlı deputatın bu addımı bir sıra suallar doğurur.

Mövcud ziddiyyət nə ilə bağlıdır? Bu, İran-Azərbaycan münasibətlərinin düzəlməsini istəməyən qüvvələrin işidir, yoxsa Tehran özü maraqlıdır?

Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Əbülfəzl Zöhrəvəndin Azərbaycan əleyhinə səsləndirdiyi son açıqlamalar, xüsusilə Bakının bir neçə saat ərzində “xəritədən silinə biləcəyi” ilə bağlı iddiaları, nə diplomatik etikaya, nə də iki ölkə arasında münasibətlərin normallaşdırılması səylərinə uyğun gəlir:

“Bu cür bəyanatlar Azərbaycan–İran münasibətlərində son aylarda müşahidə olunan müsbət dinamika fonunda olduqca ziddiyyətli və narahatedici görünür. Belə şəxslərin uzun illərdir cəzasız şəkildə anti-Azərbaycan ritorikası sərgiləməsi də təsadüfi sayıla bilməz. İran daxilində Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəməyən müəyyən siyasi dairələrin mövcudluğu uzun müddətdir müşahidə olunur. Həmin qüvvələr Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını, Azərbaycanın İsraillə əməkdaşlığını və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları öz maraqları üçün risk kimi qiymətləndirirlər. Bu səbəbdən də münasibətlərin normallaşmasına yönəlmiş addımları kölgə altına salmaq məqsədilə zaman-zaman sərt və təxribat xarakterli ritorikaya müraciət edirlər. Son iki onillik ərzində İranın Azərbaycan siyasətində ikili yanaşma dəfələrlə özünü göstərib. Bir tərəfdən iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri və mehriban qonşuluq münasibətləri ön plana çəkilir, digər tərəfdən isə bəzi siyasi və dini çevrələr tərəfindən Azərbaycana qarşı ittiham və təzyiq ritorikası davam etdirilir. Bu baxımdan Zöhrəvəndin açıqlamalarını yalnız fərdi mövqe kimi deyil, İran siyasi sistemində mövcud olan müəyyən düşüncə xəttinin növbəti təzahürü kimi də qiymətləndirmək mümkündür. Belə təhdid xarakterli bəyanatlar iki ölkə arasında etimad mühitinin formalaşmasına ciddi zərbə vurur, eyni zamanda rəsmi Tehranın verdiyi dostluq və əməkdaşlıq mesajlarının səmimiliyi ilə bağlı sualları daha da artırır. Azərbaycan–İran münasibətlərinin sağlam əsaslar üzərində inkişafı üçün qarşılıqlı hörmətə və məsuliyyətli siyasi ritorikaya ehtiyac olduğu bir daha ortaya çıxır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyun 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri