Deputatdan tənqid: Bu işlər olduqca ləng görülür
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Paytaxtda bir çox binaların zirzəmiləri su ilə doludur”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
“Bakıya yağan yağış zamanı məlum oldu ki, sənədi olmayan evlər var. Həmin evləri su basıb. Məsələ ilə bağlı dəfələrlə müraciət etmişik, amma vəziyyəti aradan qaldırmaq mümkün deyil.
Bəzi binaların isə giriş qapısı yoxdur. Sakinlər bundan narahat olur. Hava tez qaralır və binaların giriş qapısının olmaması müəyyən problemlər, narahatlıqlar yaradır. Binaların özəl tikinti şirkətlərinə verilməsinə ehtiyac var. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakıda 200-dən çox qəzalı bina var və bu istiqamətdə işlər görülür. Bildirmək istəyirəm ki, bu işlər olduqca ləng görülür “- deyə o, bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















