Deputatın bıçaqlanmasının ŞOK DETALLARI
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, hadisəni törədən Seydi Ahmet Keleş əvvəllər Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü və partiyanın Oğuzeli rayon təşkilatının sədri olub.
O da bir müddət əvvəl Melih Meriç kimi CHP-dən istefa verib və Özgür Özəlin yaratdığı Yeni Partiyaya keçib.
S.A.Keleş Yeni Partiyanın Oğuzeli rayon şöbəsinin sədri təyin olunmasını gözləyirmiş. Amma hələlik məlum olmayan səbəblərdən onun istəyi baş tutmayıb və buna görə M.Meriçi günahlandırıb, deputatı söyüb.
Seydi Ahmet Keleşin işlətdiyi ifadələrdən xəbərdar olan M.Meriç ona zəng edərək narazılığını bildirib və görüşə dəvət edib.
S.A.Keleşin məkana gəlməsindən sonra tərəflər arasında mübahisə yaranıb və sonda davaya çevrilib. Mübahisə və dava təhlükəsizlik kameralarında anbaan qeydə alınıb. Videodan da görünür ki, mübahisə zamanı ilk olaraq millət vəkili Melih Merçi Seydi Ahmet Keleşə qarşı fiziki zor işlədir. Sonra isə S.A.Kaleş deputatı bıçaqla vurur. Ətrafda olan insanlar dalaşanları ayırıb.
M.Meriç hücumdan sonra Qaziantep Şəhər Xəstəxanasına aparılıb. Qaziantep valisi Kemal Çeber yaralı deputatın son durumunu açıqlayıb. O deyib ki, vəziyyəti yaxından yaxından izləyirlər:
“Millət vəkilimiz əməliyyat olunub. Allah şükür ki, vəziyyəti yaxşıdır. Əməliyyatdan əvvəl qorxduğumuz bəzi ssenarilər var idi, amma xoşbəxtlikdən hər şey yaxşıdır. Ümid edirəm ki, onu tezliklə aramızda görəcəyik”.
K.Çeber sosial media hesabında yazıb ki, hadisə ilə bağlı aralarında Seydi Ahmet Keleş də olmaqla 5 nəfər tutulub.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















