Icma.az
close
up
RU
Toplum TV işinin ŞOK DETALLARI

Toplum TV işinin ŞOK DETALLARI

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sensasiyalarla dolu "Toplum TV" işi ilə əlaqədar Baku TV-nin redaksiyasına növbəti dəfə maraqlı, bir o qədər də heyrətləndirici məlumatlar daxil olub.

Məlumatların ən heyrətverici məqamı isə odur ki, özlərini jurnalist kimi təqdim edən şəxslər əsl xüsusi xidmət orqanları əməldaşlarının gizli fəaliyyət metodlarından istifadə ediblər. "Toplum TV" işi üzrə həbs edilən jurnalist Fərid İsmayılovdan axtarışlar zamanı tapılan elektron məlumat daşıyıcılarından aydın olub ki, xaricdən maliyyələşən jurnalistlər gizliliyi qorumaq üçün xüsusi texniki üsullardan və kod adlardan istifadə ediblər.

Jurnalist kimliyi ilə fəaliyyət göstərən sözügedən şəxsləri idarə etmək üçün xarici kuratorlar "Siqnal" mobil tətbiqinə üstünlük veriblər. Buna səbəb isə tətbiqin istifadəçinin kimliyini gizlətmə funksiyasının imkanları göstərilə bilər. Belə ki, xaricdəki kuratorlar və faktiki rəhbərlər barədə məlumatlar qapalı saxlanıldığı üçün kod adlarıyla bilinən şəxslərin real kimliyi sıravi əməkdaşlara məlum olmayıb.

Misal üçün, "Toplum TV"yə videoreportaj və digər materiallar hazırlayan jurnalistlər Fərid İsmayılov, Gülyetər Məmmədova və Cəmilə Əzimovaya "Siqnal" tətbiqi vasitəsi ilə "Romeo", "Turan Hasanli" və "Redo" kod adlı şəxslər tərəfindən tapşırıqlar verilib. Sistemli araşdırmalar zaman məlum olub ki, "Romeo" kod adlı şəxs "Toplum TV"də koordinator işləmiş, Çexiyada yaşayan Pərvanə Qurbanova, "Redo" kod adlı şəxs isə Gürcüstanda məskunlaşmış "Azadlıq Radiosu"nun keçmiş əməkdaşı Orxan Rüstəmzadədir. Bakıda yaşadığı üçün məxfiliyə müstəsna diqqət yetirən "Turan Hasanlı" kod adlı şəxsin isə əvvəllər "Toplum TV"də aparıcı olmuş, hazırda isə redaktorluq edən Şahnaz Bəylər qızı Hüseynovanın olduğu dəqiqləşdirilib. Bundan əlavə, hazırda Praqada yaşayan 3-cü Respublika Platformasının İdarə Heyətinin üzvü Elman Fəttah və hazırda Avstriyada yaşadığı bilinən Əhəd Əhədlinin isə indi də "Toplum TV"yə donorlardan maliyyə axınını təmin etdikləri məlum olub.

Maraqlı məqamlardan biri də odur ki, qanunsuz fəaliyyətinə görə həbs olunan Fərid İsmayılovun bir sıra anti-Azərbaycan şəxs və təşkilatlarla da sıx əlaqələrinin olduğu, onlara məlumatlar ötürdüyü araşdırma zamanı üzə çıxıb. Baş ofisi Nyu-Yorkda olan "Committe to Protect Journalists" (Jurnalistlərin Müdafiəsi Komitəsi) təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəsi Nikolas Levis və Fransa Xarici İşlər Nazirliyində informasiya və media əməldaşlığı üzrə məsləhətçi, anti-Azərbaycan mövqeyi ilə seçilən, "Forbidden Stories" media təşkilatında işləyən Julyen Musseau ilə sıx əməkdaşlığı üzə çıxıb. Bundan başqa, Fərid İsmayılov "Meydan TV"nin həbsdə olan əməldaşları barədə "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatına materiallar göndərmək üçün Avropada yaşayan jurnalist Ülviyyə Kərimova ilə danışıqlar da aparıb.

Ən maraqlı faktlardan biri isə RSF təşkilatının "Toplum TV" əməkdaşlarının mobil telefonlarının "casus" proqramlarına qarşı laboratoriya yoxlanışını təklif etməsidir. Nəzərə alsaq ki, sözügedən şəxslər sıradan jurnalist işi gördüklərini iddia edirlər, bu cür müstəsna tədbirləri qeyri-adi qarşılamaq mümkün deyil.

Bəli, açıq-aydın anlaşılır ki, Fərid İsmayılovun da daxil olduğu məlum dəstə birmənalı olaraq bu və ya başqa anti-Azərbaycan şəxs və təşkilatların həm birbaşa, həm də təsir agentləri funksiyasını yerinə yetirmiş, ölkə ərazisində təlimatlara uyğun olaraq müxtəlif təxribatçı fəaliyyətləri həyata keçirməkdən çəkinməmişdirlər. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının müşahidə və araşdırmaları onların məqsədlərinin yarımçıq qalmasına səbəb olmuşdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri