Gəncədə taksi sürücüsünün bıçaqlanmasının bəzi DETALLARI
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncədə taksi sürücüsünün bıçaqlanması faktl ilə bağlı bəzi detallar açıqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlanan ərazisində baş verib.
İki taksi sürücüsünün arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov digər taksi sürücüsü 1991-ci il təvəllüdlü C.Həsənovla dava edib və nəticədə ona kəsici deşici alətlə bədən xasarətləri yetirib.
Zərərçəkən xəstəxanaya çatdırılıb. O dərhal əməlliyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. İskəndərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 05 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















