Icma.az
close
up
RU
Deputatın təşkilatçılığı ilə Poeziya Günü keçirildi FOTOLAR

Deputatın təşkilatçılığı ilə Poeziya Günü keçirildi FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, həmçinin şəhər ictimaiyyəti iştirak edib.

Deputat Səbinə Salmanova təşkil edilən tədbirin məqsədi haqda ətraflı danışaraq Sumqayıtdakı yaradıcı mühitin xüsusilə son dövrlərdə xeyli canlandığını vurğulayıb, genişmiqyaslı layihələrin gerçəkləşdirildiyi şəhərin sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb:

“Qısa müddətdə bir-birindən gözəl Heydər Əliyev Mərkəzinin, Şahmat və Musiqi məktəblərinin, Muğam Mərkəzinin, Yeni Azərbaycan Partiyası üçün binanın, çox sayda uşaq bağçalarının, bir neçə məktəb binasının, Bayraq meydanının, “ASAN xidmət” binasının, 2 nömrəli xəstəxananın, Mehdi Hüseynzadə adına stadionun yenidən tikilməsi Sumqayıta göstərilən diqqətin bariz nümunəsidir.
Sahil zolağında - 40 hektarlıq sahədə qısa zaman ərzində salınan Dənizkənarı park isə Prezident İlham Əliyevin də dediyi kimi, bir möcüzə sayılmalıdır”.

Deputat qeyd edib ki, son dövrlərdə Sumqayıtın vəsf olunduğu çox sayda şeir, mahnı, bədii və rəsm əsərləri yaradılıb:

“Hələ 1961-ci ildə Xalq şairi Nəbi Xəzrinin “Sumqayıt səhifələri” adlı şeirlər kitabı müxtəlif şəhər və kəndlərdən gəlib yeni şəhər quran sumqayıtlılar üçün ilhamlandırıcı töhfə olub. Müasir dövrdə də klassik şairlərimiz hörmətlə anılır, onların yaradıcılığı yüksək həssaslıqla qorunur. Hazırda Sumqayıtda yaradıcı mühit çox canlanıb, yerli müəlliflərin ərsəyə gətirdiyi xeyli əsər ədəbi dairələrdə yüksək qiymətləndirilib”.

Daha sonra çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, həmçinin Rüstəm Behrudi, İbrahim İlyaslı digər natiqlər şəhərin ədəbi həyatı haqqında fikirlərini bildiriblər.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadənin videomüraciəti də yayımlanıb.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri