Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı FOTOLAR

Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı FOTOLAR

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir. 

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Görkəmli şairin yurdu Qazax rayonunda başlayan (14 iyul) poeziya bayramı Gəncə (15 iyul) və Ağdamdan (16 iyul) sonra 22-23 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davam edir. 

İyulun 22-də dahi şairin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin silsilə tədbirləri başlanıb.

Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, AYB-nin sədri Xalq yazıçısı Anar, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, doğma yurda qayıtmış şuşalı poeziyasevərlər iştirak ediblər.

AYB-nin sədri Xalq yazıçısı Anar Molla Pənah Vaqifin milli ədəbiyyatın inkişafında xidmətlərindən söz açıb. Vaqif Poeziya Günlərinin əhəmiyyətini qeyd edən yazıçı deyib ki, xalqın varlığı onun ədəbiyyat və mədəniyyəti ilə təzahür edir. 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edib, Molla Pənah Vaqifə həsr olunan "Özü vəzir, sözü şah" (2023) adlı nəşrdən danışıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Şuşa şəhərini və Molla Pənah Vaqifi  Azərbaycan intibahının  nümunələri kimi səciyyələndirib. Alim Vaqifin özündən sonrakı ədəbi prosesə böyük təsir göstərdiyini də diqqətə çatdırıb.

Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, əslən şuşalı olan  Ramil Əhməd Şuşanın zəngin tarixinin və əsrarəngiz təbiətinin ilham mənbəyi olduğunu bildirib, şeirini səsləndirib.

Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub.

Məlumat verilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin may ayında elan olunan müsabiqənin əsas məqsədi yaradıcı potensialı olan hər bir kəsin diqqətini bir daha görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin yaradıcılığına yönəltməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.

Komissiyanın yekun qərarına uyğun olaraq Təhminə Verdiyeva (“Ruhun və tarixin qovuşduğu Şuşa”) I, Natəvan Bağırova (“Vaqifə müraciət”) II, Elvin Əhməd (“Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”) III yerlərə layiq görülüblər. 

Birinci yerin qalibinə 2500 manat, II yerin qalibinə 1500 manat, III yeri qazanmış müəllifə isə 1000 manat verilib. Bütün qaliblərə eyni zamanda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Daha sonra “İgidlərin sözü” layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində reallaşan

"İgidlərin sözü"nün məqsədi 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.

Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 İyul 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri