Icma.az
close
up
RU
Gənclər şəhəri Sumqayıtda poeziya günü ŞƏRH

Gənclər şəhəri Sumqayıtda poeziya günü ŞƏRH

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin 2025-ci il üçün ölkənin Gənclər paytaxtı elan edilməsi münasibətilə şəhərdə keçirilən tədbirlər çərçivəsində poeziya həvəskarları üçün unudulmaz bir gün təşkil olunmuşdu. “Gənclər paytaxtı Sumqayıtda Poeziya günü” adlı bu ədəbi-bədii məclis Sumqayıt Şəhər İcra Hakimiyyəti və Milli Məclisin deputatı Səbinə xanım Salmanovanın birgə təşəbbüsü ilə gerçəkləşdi. Sumqayıtın möhtəşəm bir mədəniyyət ocağına çevrildiyi bu gündə poeziya ruhu hər kəsi əhatə edərək, şeirin qəlblərə işıq saçan gücünü bir daha nümayiş etdirdi. Tədbir iştirakçıları şeirlərin musiqi sədaları altında dinlənildiyi, ruh oxşayan bir mühitdə zamanın necə keçdiyini hiss etmədən bu ədəbi- bədii məclisdən zövq aldılar.

Milli Məclisin deputatı Səbinə xanım Salmanova tədbirin keçirilməsinin əsas məqsədindən danışaraq, Sumqayıtın son illərdə yaradıcı ruhun mərkəzinə çevrildiyini vurğuladı. O, şəhərdə bədii düşüncənin, söz sənətinin və incəsənətin inkişafına verilən dəstəyin mühüm rol oynadığını qeyd edərək, vaxtilə kimya zavodlarının tüstüsünə bürünən, “kimyaçılar şəhəri” kimi tanınan Sumqayıt bu gün mədəniyyətin, elmin və sənətin harmoniyada qovuşduğu bir ziyalı məkanına çevrildiyini bildirdi. Deputat Səbinə xanım Salmanova çıxışında Sumqayıtda baş verən bu böyük dəyişikliyin təsadüfi olmadığını vurğulayaraq, şəhərin sürətli inkişafının arxasında böyük zəhmət və uzaqgörən idarəçiliyin dayandığını qeyd etdi. O, xüsusilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun fədakar fəaliyyətinin sayəsində şəhərin simasının tamamilə yenilədiyini və onu təkcə sənaye mərkəzi deyil, eyni zamanda mədəniyyətin, elmin və yaradıcı düşüncənin qovuşduğu bir məkan kimi formalaşdırdığını vurğuladı. Deputat Səbinə xanım Salmanova eyni zamanda cənab Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıtın bu gün təkcə coğrafi sərhədləri ilə deyil, mənəvi və intellektual baxımdan da genişləndiyini, yeni ideyaların, bədii düşüncənin və gənclərin potensialının çiçəkləndiyi bir məkana çevrildiyini xüsusilə vurğuladı.

Söz və sənətə vurğun könüllərin bir araya gəldiyi bu möhtəşəm poeziya günü unudulmaz anlara səhnə oldu. Tədbirin qonaqları arasında Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, eləcə də tanınmış söz ustadları Rüstəm Behrudi və İbrahim İlyaslı yer alırdı. Tədbirə xüsusi bir duyğusallıq qatan məqamlardan biri də Xalq şairi Nəriman Həsənzadənin videomüraciətinin yayımlanması oldu. Onun səsi ilə səslənən səmimi sözlər poeziya gününün ruhuna bir ahəng, bir dərinlik, sevgi qatdı. Gün boyunca sözün sehri sətirlərdə dil açdı, misralar Sumqayıtlıların qəlbinə yol tapdı. Şairlər öz lirik nümunələrini təqdim edərək, dinləyiciləri poeziyanın sehrli dünyasına qərq etdilər. Hər misra ilhamın qanadlarında süzərək, zamanın sərhədlərini aşdı, qəlblərə toxundu, duyğulara rəng qatdı. Sözlərin musiqisi, qafiyələrin ahəngi, duyğuların ən incə çalarları bu unikal məkanı poeziya məbədinə çevirdi.

Bu tədbirdə yalnız şeir səsləndirilmədi, o, bir bəstə kimi səsləndi, ruhun dərin qatlarına süzüldü, sanki özü bir nəfəs, bir işıq oldu. Dinləyicilər hər misranın qoynunda fərqli duyğular yaşadı, poeziyanın möcüzəli gücü qarşısında heyrətə gəldi. Sumqayıt bu gün təkcə şəhər yox, İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovun və Deputat Səbinə xanım Salmanovanın sayəsində bir şeir diyarı, bir ilham yuvası oldu.

Həmin tədbirə isə ən böyük rəhngarəngliyi Sumqayıt Dövlət Dram Teatrının aktyorları və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin Dügah Xalq Çalğı Alətləri ansamblı gətirdi.

Dügah ansambılı uzun illərdir ki, bu kollecin nəzdində fəaliyyət göstərir. Bu Xalq Çalğı Alətləri kollektivi Azərbaycanı bir sıra MDB ölkələrində də təmsil eləyib və böyük mükafatlarla Vətənə qayıdıb. Bu gün bu ansamblın bədii rəhbər Kamran Teymurovdur və o, özü kollektivi tarda müşayət edirdi. Sizi ansambılın başqa üzvlərilə də tanış etmək istəyirik. Kamançada: Tural Qədirov, Qarmonda: Fərid Bənnayev, Klavişdə: Ülvi İsmayıl, Udda: Bayram Quluzadə, Sazda: Ceyhun Dəmirli, Balabanda (zurnada): Mətləb Abdullayev, Zərb alətlərində: Vüqar Zəkiyev, Nağarada: Həsən Quliyev ifa edirdilər. Dügah Xalq Çalğı Alətləri ansambılı ilk öncə çaldığı “Şur” kompozisiyasını ifa etdi və bununla da tamaşaçılarda böyük sevgi yaratdı. Sonra Xalq şairi Ramiz Rövşənin sözlərinə, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi “Novruz gəlir yaz gəlir” mahnısını Səbinə xanım Ərəbli ifa etdi. Bundan sonar isə Xalq şairi Nəriman Həsənzadənin “Yox deyə deyə” sözlərinə Xalq şairi, gözəl mahnıların müəllifi mərhum Ramiz Mirişlinin mahnısı səsləndi. Bu mahnısı isə Sədəf xanım Budaqova ifa etdi. Sonra müğənni Gülzar xanım Fərəcova Xalq şairi Vahid Əzizin sözləri olan “Bayatılara” Xalq artisti Eldar Mansurovun yazdığı mahnını ifa etdi. Vahid Əzizin “Qurban olum” mahnısını isə Famil Kərimov ifa etdi. Bu mahnını isə bəstəkar Kəmalə Qasımova yazıb.

Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının, aktrisalarının söylədiyi şeirlər də tamaşaçıların çox xoşuna gəldi. İlk öncə Elay Xasıyev Xalq şairi Nəriman Həsənzadənin “Nərdivan” şeirini söylədi. O, bu məşhur şeiri özünə xas formada elə yaxşı söylədi ki, tamaşaçılar Elayı sürəkli alqışlarla qarşıladılar. Əməkdar artist İlahə xanım Səfərovanın Xalq şairi Vahid Əzizin “Qarabağımda” şeirini yüksək peşəkarlıqla söyləməsini tamaşaçılar gur alqışlarla qarşıladılar. Gənc aktrisa Məryəm xanım Hüseynlinin Xalq şairi Sabir Rüstəmxanlının “Səni məndən alan dünya” şeirini tamaşaçılar alqışlarla qarşıladılar. Gənc aktyor Emil Həmidovun ifasında Xalq şairi Ramiz Rövşənin “Vətənə tərif” şeiri səsləndi. Onun da yüksək peşəkarlıqla dediyi şeir alqışlarla qarşılandı. Əməkdar artist Xatirə xanım Süleymanovanın ifasında Türk dünyasının maraqlı şairi Rüstəm Behrudinin “Vətən” şeri də çox maraqla qarşılandı. Bu tədbirin aparıcı çox maraqlı şair, Sumqayıtdakı Poeziya evinin direktoru İbrahim İlyaslı tamaşaçıları özünün məntiqli fikirlərilə ələ ala bilmişdi. Ona görə də hamı ona diqqətlə qulaq asırdı. Ümumiyyətlə Xalq şairləri Vahid Əzizi, Sabir Rüstəmxanlını, Xalq artisti Rasim Balayevi və şair Rüstəm Behrudini tamaşaçılar çox böyük alqışlarla qarşıladılar. Onların ədəbiyyat və Sumqayıt haqqında dediyi maraqlı fikirləri tamaşaçılar maraqla dinləyirdilər. Elə bil ki, tamaşaçılar belə maraqlı danışıqlar, fikirlər üçün çox darıxmışdılar. Rasim Balayevin dahi İmaddədin Nəsimidən dediyi şeirləri tamaşaçılar böyük coşqu ilə qarşılayırdılar. Bu alqışda da tamaşaçıların sevimli aktyorumuz Rasim Balayevə böyük sevgisi görünürdü. Bütün bu alqışlar da ona işarə idi ki, belə tədbirlər Sumqayıtda nə qədər çox olsa, insanlar daha mədəni istirahət edər və bu məşhur insanlardan çox şeylər öyrənə bilərlər.

Sonda cənab Zakir Fərəcovun çox maraqlı çıxışı və bəzən də yumorla dediyi sözlər də tamaşaçıların alqışına səbəb olurdu. Onun bu çıxışında Zakir müəllimin hətta bir vaxtlar şeir də yazdığı və poeziyaya necə vurğun olması da aydın görünürdü. Bəli. Belə İcra Hakimiyyəti başçısı Sumqayıt üçün Ulu Tanrı və cənab prezidentimiz İlham Əliyev tərəfindən bir töhfədir desək, yanılmarıq.

Həmin tədbirin ən böyük alqışa layiq olanı o idi ki, Səbinə xanım Salmanova Sumqayıt şəhərinin iki peşəkar kollektivinə- Sumqayıt Dövlət Dram Teatrına və Sumqayıt Musiqi Kollecinə üstünlük vermişdi. Yəni şeirlərin peşəkar aktyorlar, aktrisalar və musiqilərin də peşəkar musiqiçilər tərəfindən səslənməsi həmin tədbirin daha maraqlı və peşəkar keçməsinə səbəb oldu. Mən burada Sumqayıt Musiqi Kollecinin direktoru, çox təşkilatçı insan və direktor vəzifəsinə gəlişilə bu kollecə yeni nəsəf gətirən Səbinə xanım Mehdiyevanın və Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyevin, teatrın baş rejissoru, Xalq artisti Firudun Məhərrəmovun da adlarını vurğulamaq istəyirəm. Məhz onların təşkilatçılığı sayəsində bu kollektivlər Sumqayıt şəhərinin bütün mədəni-kütləvi tədbirlərində ən önəmli rol oynayırlar. Sumqayıt şəhəri bir də ona görə xoşbəxt şəhərdir ki, bu şəhərdə iki peşəkar kollektiv var. Bu, hər bir bölgənin qismətinə düşməyib. Deməli, bu kollektivlərə də lazım olan bütün şəraitlər yaradılmalıdır. Elə burada vurğulamaq istəyirəm ki, məhz cənab Zakir Fərəcovun sayəsində Sumqayıt Dövlət Dram Teatrının binası Avropa standartlarına uyğun təmir olunub və onun diqqəti həmişə kollektivin üstündədir.

Bəli. Həmin gün doğrudan da çox böyük poeziya, mahnı və şeir bayramı oldu. Sumqayıtlılar belə möhtəşəm tədbir üçün çox darıxmışdılar. Onlara bu günü qismət edən isə Millət vəkili Səbinə xanım Salmanova oldu. Az bir vaxtda deputat seçilməsinə baxmayaraq, Səbinə xanım Sumqayıt şəhər camaatı üçün tez-tez belə maraqlı tədbirlər keçirməklə və bu şəhərdə yaşayan tanınmış jurnalistlərlə maraqlı söhbətlər aparmaqla hamının böyük hörmətini qazanıb. Bütün bu sahələrə çox böyük həvəsi, istəyi olan və bu şəhələrə rəhbərlik etdiyi müddətdə böyük quruculuq işləri görən, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun da bütün bu işlərdə Səbinə xanıma dəstək olması, sumqayıtlılarda da böyük maraq yaradır. Deməli, Sumqayıt yenidən özünün sözlü, sazlı, musiqili günlərinə qayıdır. Bax, bunu alqışlamaq lazımdır. Çünki hər bir millət dünyada özünün ədəbiyyatı, incəsənəti və idmanı ilə tanınır. Bizim xalqın da ədəbiyyatı, incəsənəti və idmanı çox zəngindir. Möhtəşəmdir. Bunları da dünyaya çıxartmaq və dünya xalqlarına da sevdirmək lazımdır. Biz inanırıq ki, Səbinə xanım Salmanova bu sahədə də böyük işlər görəcək. Və Sumqayıt kollektivlərini dünyaya çıxaracaq. Axı bu şəhəri dünyada tanıtmaq hər bir sumqayıtlının mənəvi borcudur.

Fərhad DOST,

Türkiyədəki Süleyman Dəmirəl Universitetinin
jurnalistika fakültəsinin məzunu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri