Icma.az
close
up
RU
Deputatla keçmiş namizəd arasında qalmaqal yarandı AÇIQLAMALAR + VİDEO

Deputatla keçmiş namizəd arasında qalmaqal yarandı AÇIQLAMALAR + VİDEO

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Müşfiq Məmmədli (Deputat Müşfiq Məmmədlini nəzərdə tutur - red) şəxsimə qarşı qərəzlidir. Mən ictimai fəalam, dövlətçiliyə xidmət edirəm. Onun Əli Kərimli baradə paylaşımları bəyənməsi məndə ikrah hissi doğurub və bu baradə özümə məxsus “Facebook” profilindən fikir bildirmişəm. Bundan sonra Müşfiq Məmmədli vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Siyəzən rayon polis şöbəsinə qərəzli şəkildə şikayət edib. Bu da az imiş kimi, polisə verdiyi ərizədə məni “psixi xəstə” adlandırır. Halbuki mən II qrup hərbi əliləm... Onun davranışları ölkə başçısının həyata keçirdiyi siyasətə ziddir”.

Mia.az xəbər veirr ki, bunu Pravda.az-a açıqlamasında deputatlığa keçmiş namizəd Tural Tağızadə Milli Məclisin üzvü Müşfiq Məmmədlinin iddialarına cavab olaraq bildirib.

T.Tağızadə qeyd edib ki, M.Məmmədlinin müraciəti əsasında onun sürücülük vəsiqəsi məhdudlaşdırıb: “Qanunlarımız məmurların, publik hüquqi şəxslərin tənqidə tolerant olmasını vurğulayır. Təəssüflər olsun ki, Müşfiq Məmmədli kimilər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə söz-fikir azadlığını məhdudlaşdırır. Bu da kobud qanun pozuntusudur”.

***

55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Siyəzən rayonunda olarkən onunla görüşmək istəyən vətəndaşları qəbul etməməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Deputat açıqlamasında deyib ki, görüntülər 12 yanvar tarixində Siyəzən Rayon İcra Hakimiyyəti, Prezident Administrasiyasının məsul şəxsləri və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən 2025-ci ildə Siyəzən rayonunda görülən işlərlə bağlı hesabat yığıncağından sonra çəkilib.

“Səhər saat 11:00-da başlanan tədbir üç saat yarım  müddətində davam etdi. Bu müddətdə əvvəllər namizədliyi 55 saylı seçki dairəsində irəli sürülən Tural Tağızadə adlı şəxs müxtəlif şəxsləri dəvət edərək Mədəniyyət Evinin qarşısında  təxribat törətməyə çalışdı. İnsanları qeyri-qanuni hərəkətlərə təhrik edirdi. İclas bitdikdən sonra çıxışda vətəndaşlar öz sosial xarakterli problemləri ilə əlaqədar mənə müraciət etdilər. Mən isə onları günortadan sonra Yeni Azərbaycan Partiyasının Siyəzən Rayon Təşkilatının qərargahında qəbul edəcəyimi bildirib onları dəvət etdim. Danışdığımız kimi, həmin vaxta uyğun şəkildə görüş keçirildi. Bu barədə kütləvi informasiya vasitələrində, həm də bizim sosial şəbəkə hesablarımızda məlumat paylaşılıb. Tural Tağızadə haqqında bildirmək istəyirəm ki, vətəndaşların hüquq və azadlıqlarını müxtəlif şantaj və təhdid yolu ilə pozduğu barədə bizə çoxlu müraciətlər daxil olurdu. Bu vətəndaşın çox təhlükəli psixoloji pozğunluğu olduğu üçün əlillik diaqnozu var. Vətəndaşlar bizə müraciətlərində onun Siyəzən rayonu ərazisində qeyri-qanuni nəqliyyat vasitəsindən istifadə edərək bəzi hallarda yol hərəkəti qaydalarını pozması barədə məlumat verirdilər. Müvafiq olaraq Daxili İşlər Nazirliyinə deputat sorğusu ilə vətəndaşların müraciətinə uyğun müraciət etdim. Bu şəxsin sürücülük vəsiqəsi hüququ ləğv edilib. İndi də bizə müraciətlər daxil olur ki, Tural Tağızadə yenə də nəqliyyatdan qeyri-qanuni istifadə edir, müxtəlif reydlər təşkil edir. Siyəzən rayonu ərazisində yerləşən müxtəlif təşkilatlara "bloger" adı ilə təzyiqlər, təhdidlər edir. Bu təhdidləri öz sosial şəbəkə hesabında mənə qarşı da edib. Bu istiqamətdə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Araşdırma gedir. Yəqin ki, müvafiq tədbir görüləcək”, - deputat bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri