Ən müxtəlif kombinasiyalardan istifadə edirəm Deputatla spiker arasında qalmaqal VİDEO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin bu gün keçirilən iclasında maraqlı anlar yaşanıb.
Bakupost.az xəbər verir ki, YAP-çı deputat Səyyad Aran çıxışa yazıla bilməməsindən şikayət edib.
"Mən bu lövhəyə düşə bilmirəm. Ən müxtəlif kombinasiyalardan istifadə edirəm. Ya əlimi üstünə basıram, ya tez-tez basıram, ya da məqamı tutub basıram düyməni, düşə bilmirəm ki, bilmirəm. Görürsünüz, başqaları da deyir”", - deyə deputat çıxış üçün söz ala bilməməsindən şikayətlənib.
Spiker Sahibə Qafarova isə onun sözlərinə "o kombinasiyalar nədir elə, özü də onu hansı düşmən edir burada" deyə reaksiya verib. O, daha sonra çıxışa yazılanların çox olduğunu, hamıya söz vermək imkanın olmadığını bildirib və çıxış üçün Səyyad Arana söz verib.
Lalə, BakuPost


