Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İki gündür gəlirini itirməsi ilə gündəmi zəbt edən qarpız satan Xəyal Əsədov yenidən işinin başına keçib.
Milli.Az Lent.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, üzləşdiyi çətinliklə bağlı mediada yaydığı məlumatlardan sonra yenidən işinə qayıda bilib. Buna görə də o, media nümayəndələrinə, həmçinin kamera görüntülərinə baxıb iddiaları araşdırdığı üçün Azərbaycan polisinə təşəkkür edib.
Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satmaq istədiyi qarpızların ağ çıxması səbəbindən işini itirdiyini iddia edib. O bildirib ki, deputat həmçinin onun bıçağa əl atdığını iddia edib. Lakin polis şöbəsində kamera görüntülərinə baxılaraq, bu iddianın əsassız olduğu ortaya çıxıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 26 Sentyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















