Icma.az
close
up
RU
Deputatlar MDB Moda Forumunda regional əməkdaşlıqla bağlı mesaj veriblər

Deputatlar MDB Moda Forumunda regional əməkdaşlıqla bağlı mesaj veriblər

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ötən həftə Sankt Peterburqda 4-cü Beynəlxalq “Moda Birliyi” Forumu keçirilib. Forumda Azərbaycanı Milli Məclisin deputatları Nigar Məmmədova və Tamam Cəfərova təmsil edib. Forumun əsas məqsədi beynəlxalq peşəkar dialoqu inkişaf etdirmək və konkret biznes layihələri başlatmaqdır.
Forumda iştirak edən yüngül sənaye və yaradıcı sənaye nümayəndələrinin həmçinin Federasiya Şurasının sədri və MDB Parlament Assambleyası Şurasının sədri Valentina Matviyenko ilə də görüşü olub.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Nigar Məmmədova spikeri Sahibə Qafarovanın salamlarını çatdırıb. O bildirib ki, MDB məkanında işbirliyi ölkələrin daha dərin inteqrasiyasına, sabitlik, etimad və inkişafdan ibarət ümumi məkanın formalaşdırılmasına şərait yaradan möhkəm institusional baza təqdim edir. Deputat MDB-nin mədəni və gənclər gündəliyinin formalaşmasında modanın roluna toxunub. Bildirib ki, moda,- mədəni diplomatiyanın, yumşaq gücün və humanitar əməkdaşlığın ən təsirli alətlərindən biridir.
Forum çərçivəsində MDB Parlamentlərarası Assambleyasının baş katibi Dmitri Kobitski ilə Azərbaycan nümayəndə heyəti arasında görüş də baş tutub. N.Məmmədova MDB Parlamentlərarası Assambleyasının otuz ildən çoxdur ki, aktual məsələlərin müzakirəsi, dövlətlərarası proqramların həyata keçirilməsi və iştirakçı ölkələrin milli qanunvericiliklərinin yaxınlaşdırılmasına töhfə verən model qanunların hazırlanması üçün effektiv mexanizm kimi özünü doğrultduğunu bildirib.
Tərəflər Parlamentlərarası Assambleya daxilində qarşılıqlı fəaliyyət məsələlərini və parlament əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər. Görüşdə Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası yanında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da iştirak edib.
IV Beynəlxalq “Moda Birliyi” forumu çərçivəsində keçirilən “MDB-də yüngül sənaye və yaradıcı sənaye sahələrində dövlət dəstəyi tədbirləri” mövzusunda dəyirmi masada isə MDB ölkələrindən və biznes birliklərindən nümayəndələr sənayenin dayanıqlı, rəqabətli olmasının yollarını müzakirə ediblər. Azərbaycan nümayəndələri diqqəti əsasən ölkədə mövcud olan yüngül sənaye və yaradıcı sənaye sahələrinə dəstəyə yönəldiblər. Nigar Məmmədova xüsusilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa toxunaraq, bu kontekstdə Azərbaycanla dost Özbəkistanın işğaldan azad olunmuş ərazilərdə birgə reallaşdırdığı layihələrin əhəmiyyətini qeyd edib.
 

N.Məmmədova həmçinin süni intellekt və rəqəmsallaşmanın moda sənayesinin inkişafına təsirlərinə toxunub. Süni intellekti yüngül sənayenin inkişafında inklüzivliyi təmin edən vasitə kimi dəyərləndirib.
Plenar iclasda isə “Moda sosial imkanlar məkanı kimi: İnklüzivlik, Məşğulluq və Humanitar Əməkdaşlıq” mövzusunda çıxış edən Nigar Məmmədova yaradıcı sənaye sahələrinin qadınların liderə çevrildiyi və əlilliyi olan insanların iş və yaradıcılıq üçün yeni imkanlar qazandığı azsaylı sahələrdən biri olduğunu vurğulayıb. O, adaptiv geyim istehsalının həyat keyfiyyətini yaxşılaşdırdığını və parlamentlərin bu cür təşəbbüsləri əlçatanlıq standartları, istehsalçıları dəstəkləmək üçün tədbirlər və təhsil proqramları vasitəsilə dəstəkləyə biləcəyini qeyd edib.
N. Məmmədova qeyd edib ki, kreativ sənayelər nadir sahələrdən biridir ki, burada qadınlar rəhbər olur, brend yaradır, sahibkara çevrilir, gənclər özünü ifadə etmək üçün geniş imkan tapır, əlilliyi olan şəxslər işə, sənətə və cəmiyyətə inteqrasiya olunur, çevik iş modelləri sosial inklüzivliyi gücləndirir: “Bu, yalnız iqtisadiyyat deyil. Bu, sosial mobillik, yeni imkanlar və real inklüzivlik deməkdir”.
Deputat modanın inklüziv cəmiyyətin qurulmasındakı roluna toxunub. Bildirib ki, inklüziv moda,- trend deyil. Bu, cəmiyyətin yetkinlik səviyyəsidir: “Əlilliyi olan bir insan rahat, funksional və estetik geyim əldə edəndə  bu, həyat keyfiyyətinin yüksəlməsidir. Burada söhbət təkcə modadan getmir. Söhbət ləyaqətdən, bərabər olmaq hüququndan gedir. Cəmiyyətin bir parçası olduğunu hiss etməkdən gedir”.
MDB məkanında humanitar əməkdaşlıq çərçivəsində parlamentlərin roluna diqqət çəkən deputat bildirib ki, sosial yönümlü kolleksiyalar yaradan istehsalçıların dəstəklənməsi, keyfiyyət və əlçatanlıq standartlarının müəyyən edilməsi, gənclər və əlilliyi olan şəxslər üçün təhsil imkanlarının yaradılması, MDB ölkələri arasında humanitar əməkdaşlığın gücləndirilməsində ali qanunverici orqanların rolu vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri