Deputatlar Qarabağ Universitetinə gedəcək
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu komitə sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, bu məsələni qışa saxlamadan yaxın müddətdə reallaşdırmaq lazımdır: "Mən artıq rektorla da danışmışam".
Komitə sədri onu da vurğulayıb ki, komitədə payız sessiyası ərzində orta məktəb dərslikləri ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulur: "Dərsliklərdə problemlər var və heç də az deyil. Biz ötən sessiyada Tarix, Ədəbiyyat, İngilis dili dərslikləri ilə əlaqədar müzakirələr nəzərdə tutmuşduq. Bu sessiyada məsələyə baxıla bilər. Elm və təhsil naziri Emin Əmrullayev də mənə deyib ki, payız sessiyasında dərsliklərlə bağlı müzakirə olsa, o da tapşırıqlarını verəcək".
Baxış sayı:41
Bu xəbər 11 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















